Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ölkəmizdə şəhid ailələrinə, qazi və müharibə əlillərinə xüsusi qayğı göstərilir

Tarix:29-08-2021, 09:25

Ölkəmizdə şəhid ailələrinə, qazi və müharibə əlillərinə xüsusi qayğı göstərilir


Ali Baş Komandanımız Cənab İlham Əliyevin uzaqgörən siyasəti, Azərbaycan Ordusunun səriştəsi, vətən oğullarının qəhrəmanlığı, sücaəti, vətənpərvərliyi nəticəsində 30 illik vətən, torpaq həsrətinə son qoyuldu.

Ordumuz işğalçı düşmənlə döyüş meydanında üz-üzə vuruşaraq 44 gün ərzində tarixi qələbə çaldı. Haqq öz yerini tutdu. Tarixən Azərbaycan torpağı olan Zəngilan, Laçın, Kəlbəcər, Şuşa və digər kənd və şəhərlərimiz erməni işğalçılarından təmizlənərək, azad edildi.

Ermənistan başqa yol olmadığını görüb kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Ermənistan hakimiyyəti 30 il ərzində işğal etdikləri ərazilərə qanunsuz olaraq Ermənistanda və xarici ölkələrdə yaşayan erməniləri yerləşdirdilər. Bu isə hərbi cinayət sayılır. Bu cinayəti görməməzliyə vuran ölkələr də bu cinayəti törədənlər kimi məsuliyyət daşıyır.

Erməni cinayətkarları işğal etdikləri ərazilərdə mədəniyyət obyektlərini, heykəlləri, kitabxanaları, tarixi abidələri yerlə yeksan ediblər. Azərbaycanın yeraltı və yerüstü sərvətlərini talan edərək xarici ölkələrə satıblar. 60-dan çox məscidi söküb dağıdıb və müsəlmanların bu ibadət yerlərində inək, donuz saxlayıblar ki, bu da həm azərbaycanlılara, həm də bütün dünya müsəlmanlarına qarşı təhqirdir. Azad olunan torpaqlardan çıxarkən obyektləri, su borularını, enerji bloklarını dağıdıb, evləri, meşələri yandırıblar. Erməni vəhşiləri bununla da kifayətlənməyərək məzarlıqları da dağıdaraq qəbir daşlarının üzərindəki adları silib satıblar, eyni zamanda ölülərin qızıl dişlərini də sındırıb çıxardıblar. Bütün bunlar erməni vəhşiliyini bütün dünyaya bəyan etdi, tanıtdırdı.

Bu gün o bölgələrdə quruculuq-abadlıq işləri gedir. Şərqi Zəngəzuru bərpa etmək üçün isə xüsusi proqram qəbul olunub və bu proqram artıq icra olunur.

Ermənilərin bu vəhşi üzü Azərbaycan xalqına 100 illərdir ki, tanışdır. Belə ki, hər dəfə bağışladığımız ermənilər rusların himayədarlığı ilə dəfələrlə azərbaycanlıları öz yurd-yuvalarından, tarixən yaşadıqları torpaqlardan vəhşicəsinə qətlə yetirərək didərgin salıblar.

1920-ci ildə Sovet hakimiyyəti Zəngəzuru Azərbaycandan qopararaq Ermənistana verdi, bu da Azəbaycanın qədim yurd yerlərindən olan Naxçıvanı Azərbaycandan ayırdı.

1923-cü ildə heç bir səbəb olmadan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Xankəndi isə Azərbaycanın və azərbaycanlıların qatı düşməni olan Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırılaraq Qarabağın mərkəzi oldu. Burada və Ermənistanda azərbaycan şəhər və kəndlərinin də adları dəyişdirildi.

1940-1950-ci illərdə qədim Azərbaycan torpaqlarından azərbaycanlılar departasiya olundular. Dağlıq yerlərdən Arana köçən insanlar buradakı şəraitə uyğunlaşmadığından əksəriyyəti məhv olmuşlar.

1980-ci ildə yenidən ermənilər baş qaldıraraq azərbaycanlıları tarixən yaşadıqları dədə-baba torpaqlarından, yurd-yuvalarından təhqir edərək, qətlə yetirərək qovdular. Bu hadisə isə Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən gedəndən iki həftə sonra baş verdi.

Uzun illər ərzində hər bir azərbaycanlı öz torpaqlarını qaytarmaq, tarixi ədaləti bərpa etmək, şəhidlərimizin qanını almaq arzusu ilə yaşayırdı. Artıq xalqımız öz arzusuna çatdı. Tarixi Zəfər çalındı.

Torpaq şəhidsiz alınmaz. 3 minə yaxın şəhidimiz oldu. Minlərlə qazilərimiz, müharibə iştirakçılarımız var. Gənclərimiz vətən eşqi ilə vuruşdular, vətən üçün, doğma torpaq üçün canlarını fəda etdilər. Biz onlarla fəxr edirik.

Ali Baş Komandan İlham Əliyev: “Hər bir şəhidin həyatı təkrarolunmazdır, hər bir şəhidin həlak olması onun yaxınları, qohumları üçün faciədir, böyük bir dərddir. Müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda fədakarlıq göstərmişlər.
Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir. Azərbaycan Ordusu əməliyyatları planlaşdıranda, ilk növbədə, mümkün olan itkilər haqqında düşünülmüşdür və müqayisə aparıldıqda Azərbaycan məhz buna görə az itki vermişdi”.
Ali Baş Komandanımız Cənab İlham Əliyev Vətən Müharibəsində şəhid olanların ailələrinə, qazilərə, Azərbaycan Ordusunun əsgər və zabitlərinə xüsusi diqqət və qayğı göstərir.

2021-ci il avqust ayının 26-da şəhid ailələrinə, əlillərə Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil verildi, müharibə əlillərinə isə 50 avtomobil verildi. Ümumilikdə indiyədək müharibə əlillərinə 7200 avtomobil təqdim olunub.

1997-2021-ci illərdə şəhid ailələrinə 10 min 500 mənzil və fərdi ev verilib. Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək.
Şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları uyğun işlə təmin olunub.

Ölkə Prezidenti İlham Əliyev: “İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və qəhrəman adına layiq görülmüş şəxslər də mənzillərlə təmin ediləcək. Vətən Müharibəsi Qəhrəmanı adı alan bütün şəxslər mənzillərlə təmin ediləcək. Ölümündən sonra bu ada layiq görülən şəhidlərin ailələri də bu mənzillərə sahib olacaqlar.
Müharibədən sonra 9 mindən çox insana sosial ödəniş verilib. Orta hesabla hər insana 2 ödəniş edilib. Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir protezlə təmin edilir. Onlar üçün ən son nəsil protezlər alınıb. 180-dən çox insanın protezə ehtiyacı var, onlardan 140 nəfəri artıq protezlərlə təmin edilib və bu protezlər onları normal həyata qaytarır”.

Müharibə dövründə minlərlə mülki insan öz evini itirib, müharibə getməyən ərazidə yaşayan qadınlar, uşaqlar da həyatını itirərək şəhid olublar. Bu gün həmin ailələr də dövlətin və Prezidentimizin diqqətindən kənarda qalmayıb. Onlar üçün də mənzillər və fərdi evlər tikilib verilir.

İşğaldan azad olunmuş torpaqlarımız minalardan təmizlənir. Bu ərazilərdə qlobal işlər görülür. Yeni layihələr hazırlanır. Yollar çəkilir, evlər, obyektlər tikilir. Şəhərlər, kəndlər, qəsəbələr salınır. Sürətlə abadlıq-quruculuq işləri gedir. Çox çəkməz ki, yurd-yuvalarından didərgin düşmüş qaçqın və köçkünlərimiz öz doğma torpaqlarına qovuşarlar. 30 illik həsrətə son qoyular.

Şəhla Ağbulud

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...
Laçınlılar doğma yurd yerlərinə qayıdırlar
Laçınlılar doğma yurd yerlərinə qayıdırlar
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib
Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır
Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır
” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK
” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK
ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib
Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib
YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər
YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər
İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək
İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək
Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür
Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür
Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir
Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir
Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur
Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur
Heydər Əliyevin 100 illik yubileyi Abşeronda qeyd edilib
Heydər Əliyevin 100 illik yubileyi Abşeronda qeyd edilib