Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik”

Tarix:22-09-2021, 12:30

“Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik”

Azərbaycan ərazisinə məskunlaşdıqları vaxtdan erməni yurdsuzları burada münbit torpaqları ələ keçirməyə başlamışlar. Azərbaycana aid olan toponimləri dəyişdirərək mənimsəmişlər. Yaşadıqları yerlərdə yerli əhaliyə müxtəlif təziqlər edib, sıxışdıraraq çıxartmağa çalışmışlar.

Ermənilər özlərinə nəhayət Azərbaycan torpaqları hesabına vətən düzəldiblər.

Hələ XV111-ci əsrin əvvəllərindən çar Rusiyası öz torpaqlarını Cənubi Qafqaza tərəf genişləndirmək üçün erməni quldurlarından vasitə kimi istifadə edərək Qafqazda erməni milli dövləti yaradacağına vəd etmişdir.

Erməni şovinistləri 1905-1907-ci illərdə Azərbaycana qarşı müharibə edərək 100 minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirib, öz doğma yurd-yuvalarından didərgin salmışlar.

1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cumhuriyyəti elan edilərkən Bakı şəhəri Stepan Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin bolşevik-erməni silahlı qüvvələrinin işğalı altında olduğundan, Milli hökümət 600 nəfərlik qüvvə ilə Bakı Sovetinin 18 minlik qoşununa qarşı dayana bilməmiş, odur ki, Azərbaycan 1918-ci il iyun ayının 4-də Osmanlı Türkiyəsi ilə müstəqil Azərbaycan Höküməti və Osmanlı Dövləti arasında “Qarşılıqlı yardım və dostluq haqqında” müqavilə imzalamışdı.

1918-ci ilin iyun ayının 10-da isə bolşevik-daşnak ordusu Gəncəyə hücum etmiş, orada müsəlmanlara qarşı talan və dəhşətli soyqırım etmişlər.
27 iyun -11 iyul 1918-ci il tarixində Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Bakı Soveti qoşunlarının Gəncəyə yürüşünün qarşısını almışdır.
Goyçay, Kürdəmir, Ağsu, Şamaxı daşnaq-bolşevik işğalından azad edilmişdir.

İki gün ərzində isə Azərbaycan və Türk ordusu birləşməsi tərəfindən Bakı da işğalçılardan təmizlənmişdir. Türk ordusu Azərbaycanın ərazilərini erməni daşnaqlarından azad edərkən 5 minə yaxın şəhid vermişdir. Vətən uğrunda 10 minlərlə azərbaycanlı da canını fəda edərək şəhid olmuşdur.
Lakin geri qovulduqlarına baxmayaraq ermənilər öz çirkin niyyətlərindən əl çəkməyiblər. 1918-1920-ci illər ərzində ermənilər torpağından, suyundan, vətənindən istifadə etdikləri yerli azərbaycanlılara qarşı müharibə etməkdən çəkinməyiblər. Sərsəm “Dənizdən dənizə” niyyətlərini həyata keçirmək üçün İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Naxçıvanda, Qubada, Gəncədə, Şamaxıda, Muğanda, Qubada azərbaycanlılara-dinc sakinlərə qarşı qətliamlar törətmişlər.
Yüzlərlə yaşayış məntəqələrini dağıtmış, minlərlə yerli sakini öz yurd-yuvalarından didərgin salmışlar.

Sovet dövründə də - 1948-1953-cü illərdə öz himayədarlarının köməyi ilə 150 min azərbaycanlını öz doğma torpaqlarından qovaraq didərgin salmışlar.
1988-ci ildə 250 min azərbaycanlıya qarşı zorakılıq edərək departasiya etmişlər.
Bu gün artıq Ermənistan adlandırdıqları Azərbaycan torpaqlarında heç bir qeyri millətin nümayəndələri qalmayıb. Durmadan öz pis niyyətlərini, vandal hərəkətlərini həyata keçiriblər. İşğal etdikləri bütün ərazilərdə azərbaycana və azərbaycanlılara aid olan tarixin izini silməyə çalışıblar.
Xocalı elə bir yaşayış məskəni olub ki, əsrlərdən bəri azərbaycanın qədim mədəniyyətini özündə əks etdirib. Odur ki, bu izləri itirmək üçün erməni vandalları Xocalını Naqasaki, Xerosima kimi yer üzündən siliblər. Xocalılara qarşı soyqırım törədiblər.
Qədim tariximizin izini itirmək üçün tarixi və mədəniyyət abidələri ilə bərabər erməni vandalları dünyanın ən qədim qəbristanlığı olan Xocalı qəbristanlığını texnika vasitəsi ilə darmadağın ediblər.

7 min əhalisi olan Xocalının soyqırımı nəticəsində 613 nəfər öldürülüb, 1000 nəfər əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca vəhşicəsinə qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
İnsanları diri-diri yandırıb, başının dərisini soyub, bəzilərinin başlarını kəsib meyitlərini təhqir ediblər. 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150-sinin taleyi hələ də məlum deyil.

Ümummili Liderimiz Heydər Əliyev ilk dəfə olaraq 1998-ci ildə imzaladığı qərar ilə 31 mart tarixini Azərbaycanın soyqırımı günü elan edib.
Heydər Əliyev: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olub”.
Bəli, cinayət cəzasız qalmamalıdır. Ermənilər törətdikləri hərbi cinayətə görə bütün dünya qarşısında cavab verməlidirlər. Xocalı soyqırımına əsil soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verilməlidir.

1988-ci ildə ermənilər yenə də aktivləşdilər. Azərbaycanı Bakıya qədər gələcəkləri və bütün Azərbaycana sahiblənəcəklərini söyləməyə başladılar.
Ermənilər və Ermənistan ordusu erməni lobbisinin və xarici havadarlarının köməyi ilə Azərbaycanın 20 faiz torpaqlarını işğal etmiş, maddi, yeraltı, yerüstü sərvətlərini daşıyıb satmış, maddi-mədəni, tarixi abidələrinin bəzilərini dəyişdirərək mənimsəmiş, digərlərini isə dağıdaraq yerlə yeksan etmişdir. Bu da bəs etməyərək yeni ərazi iddiası ilə hər gün təmas xəttlərimizi atəşə tutur, sakinlərin dinc yaşamasına mane olurdular. Vaxtaşırı atılan gülləyə tuş gələn kənd sakinləri, hətta körpə uşaqlar belə həlak olurdular.

Havadarları sayəsində quldurluq edib soyqırım törədən ermənilər özləri, öz orduları haqqında mif yaratmış və buna özləri də inanmışdılar.
Bu müddət ərzində isə dövlətimiz torpaqlarımızın geri alınması üçün güclü ordu quruculuğunu davam etdirdi. Danışıqlar apardı.
İgid, vətən oğulları isə yeni torpaq iddiasında olan acgöz qeyrətsizlərlə müharibə edərək bir addım belə irəliləməyə imkan vermirdilər.
Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun birliyinin vəhdəti kimi düşdü. Bu döyüşlərdə qeyrətli vətən oğulları sayəsində qələbə çaldıq. Lələtəpə yüksəkliyi ordumuz tərəfindən alındı. Tovuz döyüşləri də Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldı. Düşmən həmin vaxtı Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin gücünü-qüvvətini, vətənini canından artıq sevdiyini və xalqla ordunun birliyini gördü.
27 sentyabr 2020-cil tarixdə isə güclü Azərbaycan Ordusu Cənab Ali Baş Komandanımızın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə yollandı. Bu əmri xalqımız səbirsizliklə gözləyirdi. Minlərlə vətən oğulları könüllü olaraq cəbhəyə getmək üçün Hərbi Komissarlıqların qarşısına yığıldı.

Cənab Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti, Ordumuzun səriştəsi, hazırlılığı, xalqımızın birliyi nəticəsində 44 gün ərzində işğalçı Ermənistan ordusu minlərlə itki verərək geri çəkildi.

Torpaqlarımız düşmən tapdağından azad edildi.

Ali Baş Komandan Cənab İlham Əliyeb: “Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcək və ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir. Azərbaycan Ordusu nəinki bölgədə, həm də təchizata görə dünya miqyasında güclü ordular sırasındadır. Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik. Ordunun güclənməsi, ordunun maddi-texniki bazasının möhkəmlənməsi, müasir silahların alınması – bütün bunlar buna görədir”.

Şəhla Ağbulud

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir