Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Törətdikləri cinayətlərə görə Ermənistan hökuməti məsuliyət daşımalı və təzminat ödəməlidir

Tarix:27-09-2021, 08:19

Törətdikləri cinayətlərə görə  Ermənistan hökuməti məsuliyət daşımalı və təzminat ödəməlidir


30 ilə yaxın nankor, işğalçı düşmən tapdağı altında olan 20 faiz vətən torpaqlarımız Ali Baş Komandanımız İlham Əliyevin uzaqgörən, düşünülmüş siyasəti, Azərbaycan Ordusunun yüksək səviyyədə hazırlığı, səriştəsi, canını doğma torpaqlarımız uğrunda fəda edən qəhrəman, igid oğullarımızın fədakarlığı nəticəsində 44 günlük Vətən Müharibəsi ərzində geri qaytarıldı.

Ermənistan Azərbaycan Ordusunun səriştəsini Aprel, Tovuz döyüşlərində də görmüşdü. Lakin özləri haqqında yaratdığı mifə özləri də inanmışdılar. Sərsəm bir “Dənizdən dənizə” xülyası ilə yaşayırdılar. Azərbaycan öz gücünü bir necə dəfə erməni quldurlarına göstərsə də Ermənistan öz xülyasından əl çəkməmişdi.

Ali Baş Komandanımız İlham Əliyev öz tarixi torpaqlarımızı sülh yolu, danışıqlar yolu ilə razılığa gələrək, heç bir itki vermədən qaytarılması üçün dəfələrlə cəhd göstərsə də Ermənistan buna razı olmamışdı. Nəhayət Paşinyan bu danışıqlara sanki son qoyaraq, “Qarabağ Ermənistandır və nöqtə“ deyərək müharibədən əl çəkməyəcəyini, tarixən Azərbaycana aid olan Qarabağa bütövlükdə sahib olacaqlarını bildirdi.

Bu sözdən sonra, artıq danışıqların heç bir nəticəsi və mənası olmadığını görən Prezidentimiz nəhayət 2020-ci ilin sentyabr ayında səfərbərlik elan etdi. Səfərbərliyi səbirsizliklə gözləyən igid vətənpərvər oğullarımız da könüllü olaraq cəbhəyə getmək üçün Hərbi Komissarlıqlara müraciət etdilər.
Hər kəs Cənab Prezidentimiz, Ali baş Komandanımızın ətrafında dəmir yumruq kimi birləşdi.

Respublika Prezidenti İlham Əliyev: “44 gün ərzində Azərbaycan Ordusu dayanmadan ancaq irəlilədi. Vətən müharibəsinin ilk anından hadisələr çox sürətlə inkişaf edirdi. Hərbi əməliyyatların birinci gününün sonunda Azərbaycan Ordusu Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi - Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdi. Ordumuz ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail oldu və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdi.

Qəbul olunan çevik qərarlar və peşəkar komandanlıq sayəsində Azərbaycan Ordusunun zərbə və hücumları Ermənistan tərəfi üçün əksər hallarda gözlənilməz idi. Döyüş əməliyyatları planına demək olar ki, hər gün düzəlişlər edilirdi. Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə birgə hər gün müşavirələr keçirilirdi. Müşavirələrdə ötən günə yekun vurur, nöqsanları aşkar edir, növbəti gün üçün əməliyyatları planlaşdırır və təsdiq edirdik. Buna görə də çox fəal gündəlik iş gedirdi və bir sıra hallarda bizim fəaliyyətimiz, bizim əməliyyatlarımız düşmən üçün çox gözlənilməz olurdu”.

Ermənistan vətən torpaqlarımızın 20 faizini işğal etdikdən sonra, 30 ilə yaxın bir müddət ərzində bir gün belə dinc dayanmamışdır. Erməni quldurları təmas xəttində yaşayan mülki əhalini atəşə tutmuş, tarlalarına od vurmuş, əkin sahələrinə hər cür ziyan verməyə çalışmışlar. Evlərini atəşə tutmuş, mal qaralarını öldürmüşlər. Vaxtaşırı təxribatlar törətməkdən çəkinməmişlər. Bu təxribatlar nəticəsində qadın, uşaq və qocalar zərər çəkmiş, şikəst qalmış, həlak olmuşlar.

2016 və 2018-ci ildə erməni caniləri Azərbaycan Ordusunun nəyə qadir olduğunu görsələr də öz çirkin əməllərindən əl çəkmədilər.

Bu vaxt ərzində Azərbaycan Prezidenti dəfələrlə Ermənistanla sülh müqaviləsi bağlamaq istəsə də ermənilər buna razı olmamışdır. Azərbaycan Ordusu isə bütün bu müddət ərzində öz gücünü durmadan artırır, yeni müasir silahlar əldə edirdi.

Cənab Prezidentimiz xarici ölkələrlə danışıqlar aparır, bir sıra Kütləvi İnformasiya Vasitələrinə müsahibə verir, Ermənistanın işğalçı olduğunu bütün dünyaya bəyan edirdi.

Respublika Prezidenti İlham Əliyev: “Hadrut əməliyyatının əhəmiyyəti qeyd olunmalıdır. Ordumuzu orada gözləmirdilər, erməni tərəfi bizim bu yolla gedəcəyimizi güman etmirdi və bu, onlar üçün gözlənilməz oldu. Biz Hadrut ətrafındakı bütün əsas yüksəklikləri götürəndən sonra əslində, bu şəhərin taleyi həll edilmişdir. Bizim oraya yenə də minimum itki ilə fiziki olaraq daxil olmağımız, sadəcə, vaxt tələb edirdi. Hadrutdan qabaq – oktyabrın əvvəllərində Cəbrayıl şəhəri azad edildi. Bu, rəmzi baxımdan da vacib idi, çünki bu, ilk şəhər idi. Bundan əvvəl biz kəndləri və qəsəbələri azad etmişdik. Oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi də, əlbətdə mühüm mərhələ idi. Çünki bu, Qarabağ regionunda əhalisinin sayına görə Ağdamdan sonra ikinci böyük şəhərdir. Soltanlı və Əmirvarlı yaşayış məntəqələrinin alınması da qeyd olunmalıdır.

Zəngilana gedən yolda yerləşən Soltanlının və Əmirvarlının azad edilməsi hadisələrinin sonrakı gedişi baxımından çox böyük əhəmiyyət kəsb edirdi. Zəngilan şəhərinə gəldikdə isə, onlar, əslində, oradan qaçırdılar, çünki müqavimət göstərməyə gücləri çatmırdı.

Laçın rayonunun Güləbird və digər kəndlərinin azad edilməsi Laçın dəhlizinə nəzarət etməyimizə imkan verdi. Əslində dəhliz artıq bizim nəzarətimiz altında idi. Əlbəttə, bizim qələbəmizin zirvəsi Şuşa əməliyyatıdır. Bu, sadəcə, inanılmaz fiziki və mənəvi qüvvələrin səfərbər edilməsi idi. Yolsuzluq şəraitində, yüngül silahlarla, günlərlə yorulmadan bu qədər məsafə qət etmək və sonra Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıqdır. Əlbəttə, Şuşanın alınması düşmənin belini qırdı və bundan sonra düşmən praktik olaraq təslim oldu”.

Ermənistan işğalçı ölkə olmaqla bərabər, həm də cinayətkar ölkədir. Müharibə dövründə də müharibənin qayda-qanunlarına əməl etməyərək, müharibə gedən ərazidən uzaq olan Gəncə, Xızı və başqa rayonlara da mərmi ataraq dinc, mülki əhali arasında qırğın törətmişdi. Tərtər şəhəri erməni cinayətindən ən çox zərər çəkib. Çünki, bu şəhər təmas xəttinə daha yaxındır. Tərtərə erməni quldurları 16 mindən çox mərmi atıb. Mütəmadi olaraq atəşə tutublar. Bunun təticəsində mülki evlər dağılıb, əhali arasında ölən və yaralananlar olub. Döyüş meydanında igid əsgərlərimizin qarşısında duruş gətirməyən erməni qorxaqları dinc əhaliyə hücum etməyə başlayıblar.

Müharibə gedən vaxtı, eyni zamanda müharibədən əvvəlki və sonrakı dövrlərdə də ermənilər Azərbaycana və Azərbaycanın mülki əhalisinə qarşı çoxsaylı cinayətlər törədiblər. Azərbaycanın bir çox şəhər və kəndlərini tamamilə yer üzündən siliblər. Tarixi və mədəni abidələrimizi sökərək darmadağın ediblər. Bir sıra tarixi abidələrimizi dəyişdirərək erməniləşdiriblər. Məscidlərimizi yerlə yeksan ediblər. Meşələrimizi kəsib aparıb, ekologiyamıza ziyan vurublar.

Bütün törətdikləri cinayətlərə görə Ermənistan höküməti məsuliyyət daşımalı və təzminat ödəməlidir.

Şəhla Ağbulud

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib