Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Fransa vasitəçi kimi ATƏT-in mandatına sahibdirsə, bitərəf olmalıdır;

Tarix:1-10-2021, 10:27

Fransa vasitəçi kimi ATƏT-in mandatına sahibdirsə, bitərəf olmalıdır;

Ermənilər başqalarının, əsasən də Azərbaycanın torpaqlarına hər zaman göz dikib. Buna görə də uzun illərdir ki, vaxtaşırı təxribatlar törətmiş, dinc əhaliyə işgəncə vermiş, öz tarixi yurd-yuvalarından didərgin salmışlar. Azərbaycan heç vaxt müharibə tərəfdarı olmayıb və heç vaxt heç bir ölkənin torpaqlarına göz dikməyib.

10 noyabr 2020-ci il tarixdə Azərbaycan Ordusu haqq savaşında tarixi qələbə çalıb. Erməni cinayətkarlarının işğal etdikləri və bu 30 illik müddət ərzində taladıqları, mənimsədikləri torpaqları geri alıblar. Kapitulyasiya aktı imzalanıb. Bundan sonra ermənilər işğal etdikləri torpaqları tərk ediblər.

Tərk edərək isə onlara verilən vaxtdan xaincəsinə istifadə edərək, Azərbaycana olduqca böyük ziyan vurublar.

İşğal vaxtı qanlı qırğınlar törədiblər. Tarixi abidələrimizi, məscidlərimizi, hətta qədim qəbiristanlıqlarımızı belə yerlə yeksan ediblər. Bir çox kəndləri, şəhərləri demək olar ki, yer üzündən siliblər. Dinc, yerli əhalini, həmçinin qocaları, qadınları və uşaqları qətlə yetiriblər.

Azərbaycana qarşı belə təxribatlar, qırğınlar, qətllər çox olub, lakin sülhsevər Azərbaycan xalqı yenidən bu qəddar ermənilərlə barışmış, onlara ocağının başında yer vermişdi.

Yenə də bütün bunlara baxmayaraq Azərbaycan Qarabağda yaşamış erməniləri Azərbaycan torpaqlarında saxlayır. Onlarla Azərbaycan vətəndaşı kimi davranır. Lakin Azərbaycan ermənilərə muxtariyyat vermək fikrində deyil.

Azərbaycanda etnik qruplar çoxdur. Onların hər biri azərbaycanlılarla eyni hüquqlu Azərbaycan vətəndaşıdır. İndiyədək burada onlara qarşı heç bir ayri seçkilik olmayıb. Onlara heç bir muxtariyyət verilməyib. Eləcə də ermənilərə verilməyəcək, onlar da digər etnik qruplar kimi Azərbaycanda yalnız Azərbaycan vətəndaşı kimi yaşamalıdırlar. Muxtariyyətdən isə söz ola bilməz. Bu əvvəldən də onların nəzərinə çatdırılıb. Müxtariyyət müzakirə mövzusu ola bilməz.

Artıq bir ilə yaxındır ki, müharibə Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatıb. Ermənilər hələ də “Dağlıq Qarabağ” Azərbaycanın deyil, Ermənistandır deyərək bu sərsəm düşüncələrindən əl çəkmirlər.

“Dağlıq Qarabağ” deyilən bir ərazi isə artıq yoxdur. Belə halda Ermənistan yenidən ərazi iddiası ilə çıxış etməməli, bu iddiaları artıq geri götürməlidir.

Bu qədər tökülən qanlar, şikəst insanlar, yetim qalan körpələr, gözü yaşlı analar bəs etmədimi? Axı, bunlar hər iki tərəfdə var. İnsanlar dinc həyat yaşamalıdırlar.

Zəngilan tarixən Azərbaycan torpağı olub. 1920-ci ildə sovet hakimiyyəti Azərbaycana məxsus olan bu ərazini ondan qopararaq Ermənistana birləşdirmişdi. Bu isə Naxçıvanı Azərbaycandan ayırmışdı. Bu səbəbdə ermənilər illər uzunu Naxçıvanı blokadada saxlamışdı.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmalıdır, Azərbaycan buna nail olsa azərbaycanlılar, zəngəzurlular öz torpaqlarına qayıda biləcəklər. Bu bizim hüququmuzdur.

Fransa həmişə Azərbaycana dost ölkə olub. Bizim Fransa ilə bir çox iqtisadi əlaqələrimiz olub, birgə infrastruktur layihələr həyata keçirib, lakin müharibə vaxtı Minsk qrupunun həmsədrlərindən olan Fransa birtərəfli mövqe tutub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Fransa tərəf seçdi - Ermənistanın tərəfini. Bizim Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, Fransada fəal erməni icmasının olmasından və onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərimiz var. Münaqişə boyünca Fransa özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayış etdirdi. Təbii ki, bu məsələ narahatlıq doğurdu. Fransa vasitəçi ölkə kimi ATƏT-in mandatına sahibdirsə, bitərəf olmamalıdır.

Azərbaycan Fransa ilə əməkdaşlığa hər zaman açıq olub. Fransa dünyada aparıcı dövlətlərdən biridir və biz normal münasibətlərin olmasını istəyirik. Fransa regionda sülhü, sabitliyi, təhlükəsizliyi arzulayır. Biz də bunu istəyirik. Odur ki, bir il əvvəl baş verənlərə qayıtmalı deyilik”.

Şəhla Ağbulud

İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Azərbaycan güclü idman dövlətidir
Azərbaycan güclü idman dövlətidir
Birinci Qarabağ Müharibəsi şəhidləri Abşeron rayonu Mehdiabad qəsəbə qəbiristanlığında dəfn ediliblər
Birinci Qarabağ Müharibəsi şəhidləri Abşeron rayonu Mehdiabad qəsəbə qəbiristanlığında dəfn ediliblər
Abşeronda beynəlxalq miqyaslı “COP29” tədbirinə dair sorğu keçirilib
Abşeronda beynəlxalq miqyaslı “COP29” tədbirinə dair sorğu keçirilib
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir
Abşeronda “1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili Günü”nə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib

Ana dilim əsrlərin mənəvi körpüsüdür
Ana dilim əsrlərin mənəvi körpüsüdür
Azərbaycana qarşı heç bir potensial təhlükə yoxdur
Azərbaycana qarşı heç bir potensial təhlükə yoxdur
Abşeronda “COP29: İqlim dəyişikliyi və ətraf mühitə dəstək üçün milli könüllü” mövzusunda seminar keçirilib.
Abşeronda “COP29: İqlim dəyişikliyi və ətraf mühitə dəstək üçün milli könüllü” mövzusunda seminar keçirilib.
Abşeron rayonunda qurumuş ağaclar yol kənarlarından götürüləcək
Abşeron rayonunda qurumuş ağaclar yol kənarlarından götürüləcək
Abşeron rayonunda şəhid ailələri və vətəndaşlarla görüşlər keçirilib
Abşeron rayonunda şəhid ailələri və vətəndaşlarla görüşlər keçirilib
Abşeron rayonunda şəhid ailələri ilə görüşlər davam etdirilir
Abşeron rayonunda şəhid ailələri ilə görüşlər davam etdirilir
Abşeronda Qarabağa qayıdış proqramı çərçivəsində təlimlər keçirilib
Abşeronda Qarabağa qayıdış proqramı çərçivəsində təlimlər keçirilib
Abşeron rayonunda “14 iyul 1969-cu il - Qüdrətli Azərbaycanın inkişaf yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib
Abşeron rayonunda “14 iyul 1969-cu il - Qüdrətli Azərbaycanın inkişaf yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib