Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Bugünki müzəffər Azərbaycan Ulu Öndər Heydər Əliyevin qoyduğu təməlin nəticəsidir

Tarix:5-10-2021, 17:45

Bugünki müzəffər Azərbaycan Ulu Öndər Heydər Əliyevin qoyduğu təməlin nəticəsidir


1990-cı ilin 20 yanvar gününü Azərbaycan xalqı heç vaxt unutmayacaq. Yanvar ayı, 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıda qanlı cinayət törətdilər. Bu cinayətlə əlaqədar Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyində çıxış edərək qanlı cinayətin təşkilatçılarının və törədicilərinin cəzalandırılmasını tələb etmişdir.

1990-cı ilin iyul ayında isə Dağlıq Qarabağda kəskin münaqişəyə öz etirazını bildirmişdir və Sovet İttifaqı Kommunust Partiyasının sıralarını tərk edərək Azərbaycana qayıtmışdır.

Həmin vaxtlar Azərbaycan rəhbərliyinin səriştəsizliyindən respublikamızda xaos yaranmışdı. Vətəndaş müharibəsi artıq qaçılmaz idi. Vəziyyət olduqca çətin idi. Xalq bir nəfər kimi xilas yolunu yalnız xalqımızın böyük oğlu Heydər Əliyevdə görürdü. Şaşqınlıq içərisində qalan rəhbərlik də artıq çıxılmaz hala düşən vəziyyəti yalnız Heydər Əliyevin nizama salacağını anlayaraq onu Respublikada rəhbərliyi öz üzərinə götürərək, dövləti, xalqı bu vəziyyətdən çıxarmaq üçün Bakıya dəvət etdi.

Səriştəsiz, iş bacarmayan, dövlətçilik anlayışı olmayan AXC- Müsavat iqtidarı da öz xilasları üçün Heydər Əliyevdən kömək dilədi.

Heydər Əliyev öz həyatını təhlükəyə ataraq Gəncəyə yollandı. Öz nüfuzu, hörməti və siyasəti nəticəsində burada uzun müddət davam edən silahlı qiyamın qarşısını aldı.

Beləliklə Azərbaycanın yaradıcısı və qurucusu, dünyanın ən nüfuzlu siyasi xadimlərindən biri olan Heydər Əliyev 1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, 9 gündən sonra isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabr ayının 3-də ümumxalq səsverməsi ilə Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
Ümumilli Liderimiz Heydər Əliyev andiçmə mərazimində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

Böyük siyasətçi, xalqını,vətənini çanından artıq sevən Ümummilli Liderimiz bu andına son ana dək sadiq qaldı. Ölkədə baş verən hərc-mərcliyi aradan qaldırdı. Qeyri-qanuni silahlanmış dəstələri tez bir müddətdə zərərsizləşdirdi. Hazırlanmış dövlət çevrilişinin qarşısını aldı.

Qısa bir müddətdə təcavüzkar ermənilərlə atəşkəsə nail oldu. Bu Azərbaycan və Azərbaycan xalqı üçün olduqca vacib, önəmli bir məsələ idi.
Əgər vaxtında, sağlam düşüncə ilə səriştəli, bacarıqlı, uzaqgörən siyasətçi Heydər Əliyev dövlətin başına gətirilsə idi, 20 faizdən artıq torpaqlarımız yurdsuz düşmən tərəfindən işğal edilməzdi. Xalqımız bu qədər əzab çəkməz, bu qədər qaçqın və köçkünlərimiz olmazdı.

30 il əvvəl bacarıqsız vəzifəpərəstlər Heydər Əliyev kimi dahini siyasətdən, rəhbərlikdən uzaqlaşdırmağa çlışmasa idilər bu gün 3 min şəhidimiz olmazdı. Minlərlə şəhid analarının, qız-gəlinlərin gözü yaşlı qalmazdı.

Azərbaycanın tarixi olan tarixi, mədəni abidələrimiz, kurqanlarımız, məscidlərimiz, inanc yerlərimiz,qədim qəbristanlıqlarımız erməni vandalları tərəfindən darmadağın edilməzdi. Maddi, mədəni, yeraltı, yerüstü sərvətlərimiz işğalçılar tərəfindən talan edilməzdi.

Qeyri-peşəkar insanların dövlətin başına keçməsi Respublikamıza milyardlarla ziyan vurdu. Xalqımız üçün isə ən dəyərli olan – vətəndaşlarımız, həmçinin qoca, qadın, uşaq vəhşicəsinə qətlə yetirildi. Gənclərimiz şəhid oldu,minlərlə uşaq yetim qaldı.

Yüzlərlə yaşayış məntəqələrimiz yerlə yeksan edildi, bəzi şəhər və kəndlərimiz hətta tamamilə dağıdılaraq yer üzündən silindi.

Müdrik insan, ağıllı, səriştəli dövlət xadimi Heydər Əliyev hadisələrə proqmatik yanaşaraq ilk əvvəl Bakıda, Gəncədə, Lənkəranda başlanan üsyanları dəf etdi, bu regionlarda sabitliyə nail oldu. Artıq Gəncəyə, Bakıya gəlməyi planlaşdıran azğınlaşmış erməni quldurlarının qarşısını aldı.

İnsanlar bu böyük siyasətçi, xalqın xilaskarı olan Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra sərbəst yaşamağa, rahat nəfəs almağa başladılar.
Bəli, artıq Azərbaycan xalqının xilaskarı var idi. Bu, xalqın qurtuluşu idi.

Bu, fenomenal insan, peşəkar tarixi şəxsiyyət, savadlı, bacarıqlı, yüksək səviyyəli, ağıllı, uzaqgörən siyasətçi gündəlik siyasi fəaliyyətində nümayiş etdirdiyi peşəkarlıq sayəsində “Ulu öndər”, “siyasi nəhəng”, “siyasət qrosmeysteri”, “siyasət patriarxı” və sair bu kimi yüksək adlar qazanmış Heydər Əliyev idi.

Heydər Əliyev öz siyasəti, səbri, dinləmə qabiliyyəti, böyük siyasətçi keyfiyyətlərinə, həmsöhbətinə təsir etmə gücünə, bacarığına malik idi.

Uğurlu siyasəti nəticəsində qısa bir müddət ərzində xalqımızın Ümummilli Lideri Heydər Əliyev kiçik bir dövlət olan Azərbaycanı bütün dünyaya nüfuzlu bir ölkə kimi tanıtdı.

Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Respublikamızda eyni zamanda Respublikamıza qarşı siyasi bir dönüş yarandı. Dünyanın aparıçı ölkələri Azərbaycana diqqət yetirməyə başladı.

Dahi Rəhbər Heydər Əliyev hər sahəyə diqqət yetirdiyi kimi, qadın hüquqlarına da önəm verirdi. Heydər Əliyev qadınların həyatda, idarəetmədə, onların sərbəst qərar qəbul etməsinə, onların inkişafına güclü stimul verdi.

Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış”Əsrin müqaviləsi”, sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır.

Məhz Heydər Əliyevin gərgin əməyi, siyasəti nəticəsində bütün dünya içtimaiyyətinə Ermənistanın təcavüzkar ölkə olduğu və Azərbaycanın tarixi torpaqlarını işğal etməsini bütün dünya içtimaiyyətinə çatdırılmışdır. Hətta dahi rəhbərimiz Sammitlərdə Ermənistanın təcavüzkarlığını, işğalçılığını pisləyən qətnamələr qəbul olunmasına nail olmuşdu.

Bir çox ölkələrdə erməni lobbisinin fəal iştirak etdiyi və bir sıra nəhəng ölkələrin Ermənistanı dəstəklədiyi bir halda belə qətnamələrin qəbul edilməsini yalnız Heydər Əliyev kimi dahi şəxsiyyət edə bilərdi.

Həmin təməlin, həmin siyasətin nəticəsidir ki, bu gün Ali Baş Komandanımız Cənab İlham Əliyev ata yolunu uğurla davam edərək əzəli-əbədi yurd yerlərimizi erməni işğalından azad olunmasına nail oldu.

Ulu Öndərimiz Heydər Əliyevin qoyduğu təməlin nəticəsidir ki, bu gün Azərbaycan Müzəffər ölkədir, Azərbaycan xalqı Müzəffər xalqdır.

Şəhla Ağbulud

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib