Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Koronavirus ştamplarından qorunmaq üçün Buster dozası vurulmalıdır

Tarix:16-10-2021, 10:10

Koronavirus ştamplarından qorunmaq üçün Buster dozası vurulmalıdır

COVİD-19 virusu bütün dünyada yayıldığı vaxtdan dövlətimiz bu sahədə mühüm addımlar atmağa başlayıb. Ölkəmizdə bir sıra qabaqlayıcı tədbirlər görülüb.

Respublika Prezidenti öz xalqının qeydinə qalaraq təcili olaraq ölkəyə vaksinlər gətirildi və bu vaksinlər Azərbaycan vətəndaşlarına tamamilə pulsuz vuruldu.

Tezliklə ölkəmizdə həkim briqadaları yaradıldı. Modul tipli xəstəxanalar tikildi. Onlarla laboratoriyalar istifadəyə verildi. Xarici ölkələrdən ixtisaslı həkimlər dəvət olundu. Xəstəliyin vaxtında müalicə olunması üçün ölkəyə təcili olaraq lazımı tibbi avadanlıqlar gətirildi. Vaxtaşırı yollar, səkilər, parklar, məktəblər, uşaq baxçaları, içtimai nəqliyyat, içtimai iaşə obyektləri və s. xüsusi məhlulla yuyuldu.

Onu da qeyd etmək lazımdır ki, bir sıra az imkanlı ölkələr vaksin ala bilmir və yaxud az miqdarda almağa imkanı çatır. Əksinə olaraq zəngin dövlətlər bu vaksinləri hətta lazım olduğundan daha artıq əldə edirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmişə bütün dünyada yaşayan əhalinin vaksinlə təmin edilməsinin tərəfdarı kimi çıxış edir. Dövlət başçısı öz çıxışlarında qeyd edir ki, bütün ölkələr bu vaksinlərdən yararlanmalıdırlar, heç bir ölkə gərək lazım olduğundan artıq vaksin almasın.

Beynəlxalq hesablamalara əsasən bildirilir ki, vaksinin 80 faizdən çoxunu zəngin ölkələr alıb, zəif, az gəlirli ölkələr isə olduqca az miqdarda əldə edib, bəzi ölkələr isə ala bilməyib.

Bütün bunlarla bağlı Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə dəstəyi göstərib. 30-dan çox ölkəyə isə humanitar və maliyyə yardımı edib.

Azərbaycan pandemiya ilə bağlı qlobal çıxışlar edib. Dövlət başçısı qeyd edir ki, hal-hazırda pandemiya ilə mübarizədə əsas prioritet məsələ vaksinasiyadır.

İndiki dövrdə 18 yaşdan yuxarı hər kəs vaksinasiya olmalıdır. Təcrübə də göstərir ki, vaksin olunan insanlar bu xəstəliyə tutulduqda çox asan keçirir.

Hər yaşda insan COVİD-19-a tutula bilər. Ola bilsin ki, bu xəstəliyə gənc və sağlam insan tutular və simptomsuz keçirər. Lakin həmin insan ailəsi və ətrafdakı insanlar üçün bir təhlükədir. Həmin gəncdən yoluxan yaşlı və yaxud zəif insan son nəticədə dünyasını dəyişə bilər.

Yoluxma ilə bağlı beynəlxalq statistika artıq vaksinasiya olunmağın zəruri olduqunu isbat edir. Ona görə də 3-cü doza Buster dozasının alınması zəruri hesab olunur.

Koronavirusun ştamplarından qorunmaq üçün Buster dozası vurulmalıdır.

Üçüncü doza vaksin yaşı 50-dən çox olanlar, autoimmun xəstəliyindən əziyyət çəkənlər və eyni zamanda bu xəstələrlə çox təmasda olan həkimlər üçün daha vacibdir. Çünki bu dozada anticisim əvvəlki dozalardan üç dəfə yüksəkdir.

Şəhla Ağbulud

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib