Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Türkiyənin Azərbaycanla birgə olması bütün dünyaya mesajdır

Tarix:29-10-2021, 13:38

Türkiyənin Azərbaycanla birgə olması bütün dünyaya mesajdır

100 il əvvəl Qars müqaviləsi Türk dünyasında xüsusi bir müqavilə olaraq imzalanmışdır. Bu, əsasən Azərbaycanın Naxçıvan bölgəsini qorumaq üçün bağlanmış bir müqavilə idi.

Sovetlər dönəmində Azərbaycanın tarixi torpaqları olan Zəngəzur, Göyçə və digər ərazilər saxta qərarlarla Ermənistan dövlətinə verilmişdi. Beləliklə Azərbaycanın 20 min kvadrat metr ərazisi ermənilərə bağışlanmışdı. Həmin vaxtlar Azərbaycanın tarixi torpaqlarından olan Naxçıvanı da eyni aqibət gözləyirdi. Qars müqaviləsi Naxçıvanın Azərbaycanın tərkibində qalmasını təmin etdi. Naxçıvanı bu aqibətdən qorudu.

Şuşa bəyənnaməsində Qars müqaviləsinə istinadlar var. Həmin bəyannamə elə bir vaxtda, elə bir yerdə imzalandı ki, Şuşa həmin vaxt bütün dünyanın diqqət mərkəzində idi.

Bu tarixi və əlamətdar günün Qurtuluş gününə və Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsi xalqımız üçün böyük əhəmiyyət kəsb edir.

Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapıb. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, birgə fəaliyyətimiz, iqtisadi, siyasi əlaqələr, mədəniyyət, təhsil, idman, gənclər siyasəti əks olunur. Bəyannamədə ən vacib sahələrdən biri də hərbi sahədə əməkdaşlıq müttəfiqliyi ilə bağlıdır.

Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə və suverenliyinə 3-cü dövlət və yaxud dövlətlər tərəfindən təhdid və ya təcavüz edildikdə bir birini qoruyacaqlar.

Müqavilənin digər vacib məqamlarından biri iqtisadi-nəqliyyat məsələləri ilə bağlıdır. Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa bəyannaməsində Zəngəzur dəhlizinin adının hallanması tarixi reallığı və həmçinin hədəfləri göstərən ən mühüm amildir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır və bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.

Cari ilin 26 oktyabr tarixində təməli qoyulmuş avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində ölkəmiz istəklərinə nail olacaqdır”.

44 günlük Vətən müharibəsinin ilk günlərindən Türkiyə Azərbaycanın yanında oldu. Qardaş Türkiyənin mənəvi dəstəyi Azərbaycan xalqını qələbəyə daha da ruhlandırdı. Azərbaycan xalqı Türkiyənin dəstəyini yüksək qiymətləndirir. Türkiyənin Azərbaycanla birgə olması bütün dünyaya mesaj idi. Gələcəkdə Türkiyə və Azərbaycanın gücü daha qabarıq görsənəcək və daha təsirli olacaq. Bu birliyin daha möhkəm, daha təsirli olması üçün hər birimiz çalışmalıyıq.

Müzəffər Azərbaycan Ordusu 2020-ci ilin oktyabr ayında Füzuli rayonunu işğaldan azad etdi. 27 il sonra Füzuli şəhərində Azərbaycanın üçrəngli bayrağı dalğalandı.

Çox qısa bir müddətdə - 8 ay ərzində isə Füzulidə inşa edilən Beynəlxalq Hava Limanı istifadəyə verildi. Hələ dünyanın heç bir yerində belə qısa müddətdə hava limanı inşa edilməyib.

Hava limanının istənilən tip təyyarələri qəbul etməyə imkanı var. Bu gün Füzuli Hava Limanı artıq Qarabağın dünyaya açılan ilk hava yolu, hava qapısıdır.

Bakıdan Füzuliyə bu hava yolu ilə cəmi 35 dəqiqə ərzində çatmaq mümkündür. Bu hava yolu eyni zamanda regionda turizmin inkişafına da güclü təkan verəcək. Belə ki, bu gün Şuşaya, eləcə də bütöv Qarabağa gəlmək istəyən turistlərin sayı olduqca çoxdur.

Füzuli Beynəlxalq Hava Limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri birgə fəaliyyət göstəriblər. Türkiyə şirkətləri eyni zamanda Azərbaycanın digər işğaldan azad edilmiş ərazilərində də Azərbaycan şirkətləri ilə çiyin-çiyinə quruculuq-abadlıq işləri görür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq. Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətləri yorulmadan çalışır. Türkiyə şirkətlərinin səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələr gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək”.

Şəhla Ağbulud

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır