Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan həm döyüş meydanında, həm də siyasi müstəvidə möhtəşəm qələbə qazandı

Tarix:3-11-2021, 13:43

Azərbaycan həm döyüş meydanında, həm də siyasi müstəvidə möhtəşəm qələbə qazandı


Hazırda Ermənistan adlanan respublika 200 il əvvəl Azərbaycan ərazisində, Azərbaycan torpaqları üzərində yaradılıb. Bu, hər kəsə məlum olan bir tarixdir və bu yaxın tarixi sübut etməyə şübhəsiz ki, elə də ehtiyac duyulmur. Çünki ermənilərin 200 il əvvələ qədər heç bir torpağı, dövləti olmayıb. Onlar pərakəndə olaraq ayrı-ayrı yerlərdə yaşayıblar. Ermənilər bu 200 illik müddət ərzində Rusiyanın siyasəti və köməyi ilə Azərbaycan torpaqlarına yerləşdiriliblər.

Türkmənçay müqaviləsi nəticəsində də müvəqqəti adı ilə 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırılıb. Sonra isə bu axın davam etməyə başlayıb.

Məşhur rus diplomatı A.S.Qriboyedov yazırdı: “Ermənilər əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər. Onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxartmağa başlamışdılar. Biz həmçinin müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışmağa və onları inandırmağa çalışmalıyıq ki, bu çətinliklər uzun sürməyəcək və ermənilər müvəqqəti onlara yaşamağa icazə verilən ərazilərdə daimi qalmayacaqlar”.

Lakin bu məskunlaşma davam etməyə başladı. İrəvan erməni yurdsuzları tərəfindən tamamilə özəlləşdirildi. Ermənistan Respublikası yaradıldı. Bir vaxtlar Rəvan xanın tikdirdiyi İrəvan qalası da Yerevan qalası kimi təqdim olunmağa başlandı.

Ermənilər Azərbaycan torpaqlarına köçürüldüyü vaxtdan təxribatlar törədiblər. Bu yerlərdən davamlı olaraq azərbaycanlıları departasiya etməyə başlayıblar.

1905-1907-ci illərdə erməni silahlı quldurları on minlərlə azərbaycanlını xüsusi amansızlıqla qətlə yetiriblər.

1918-1920-ci illərdə erməni quldurları tərəfindən İrəvanda , Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə soydaşlarımız soyqırıma məruz qalmışlar. Erməni quldurları, caniləri acımadan qocaları, körpə uşaqları, hamilə qadınları oda ataraq yandırmış, qılıncla doğramış, ağır işgəncələr vermişlər.

İşğal etdikləri, soyqırım törətdikləri yerlərdə əhalinin mal-qarasını aparmış, var-dövlətini talan etmiş, yaşayış yerlərini yerlə yeksan edərək dağıtmışlar.

Erməni quldurları sonralar da dinc durmamış, başladıqları etnik təmizləməni ara-sıra, gizlin yolla davam etdirmişlər. Azərbaycanlılar Ermənistanda işdən çıxarılmış, təhqir edilmiş, sıxışdırılmışdı. Belə əziyyətlərə məruz qalan soydaşlarımız bir çox hallarda özləri bezib Azərbaycanın digər şəhər və kəndlərinə üz tutmağa məcbur olublar.

Sovet dönəmində də ermənilər Rusiyaya arxalanaraq azərbaycanlıların departasiyasını davam etdirmişlər. 1948-1953-cü illərdə Ermənistan adlandırdıqları tarixi Azərbaycan torpaqlarından 150000 azərbaycanlını departasiya etmişlər. Həmin vaxt öz doğma torpaqlarından qovulan soydaşlarımız Kür-Araz düzənliyində məskunlaşmışlar.

1988-ci ildə erməni şovinistləri yenidən baş qaldırmışlar. Qəflətən azərbaycanlılara hücum çəkərək öz doğma yerlərindən qovmuşlar. İşgəncələrə, təhqirlərə məruz qalan 250000 azərbaycanlı ayaqyalın, baş açıq soyuq havada öz ev-eşiklərindən didərgin düşərək Bakıya və Azərbaycanın digər rayon və kəndlərinə pənah gətirmişlər.

Ermənilərin “Dənizdən dənizə Ermənistan” adlı sərsəm xülyaları indiyə qədər 10 minlərlə azərbaycanlının qətlinə, milyonlarla azərbaycanlının öz doğma, isti yurd-yuvasından didərgin düşməsinə səbəb olub.

1992-ci il 24 mart tarixində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün təsis olunmuş ATƏT-in Minsk qrupu fəaliyyət göstərdiyi 29 il ərzində demək olar ki, heç bir iş görməmişdir. İllər ərzində boş danışıqlar aparmış, icra olunmayan qətnamələr qəbul etmişdi. Qarşı tərəf isə bu danışıqlara və qətnamələrə heç bir əhəmiyyət verməmişdi. Əksinə, torpaqlarımızı işğal altında saxlayaraq yeraltı və yerüstü sərvətlərimizi talamaqla məşğul olmuşdu. Eyni zamanda Azərbaycan torpaqlarının hesabına indiyə qədər işğal edərək özlərinə vətən etdikləri əraziləri daha da genişləndirmək üçün durmadan təxribatlar aparmışlar.

Hətta beynəlxalq təşkilat olan BMT də işğalçı Ermənistana təziq göstərməmişdir. Qəribəsi də odur ki, hər iki dövlətə eyni münasibət göstərilmi., eyni tutulmuşdu. İşğalçı və işğala məruz qalan ölkələr arasında fərq qoyulmamışdır. Hazırlanan qətnamələr yalnız kağız üzərində qalmışdı. Bu qətnamələrin yerinə yetirilməsi üçün isə Ermənistandan heç nə tələb olunmamışdır.

2020-ci ilin əvvəllərindən daha da azğınlaşan Ermənistan yeni ərazi iddiası ilə Azərbaycanın şəhər və kəndlərini artilleriya atəşinə tutmağa başlamışdı. Təmas nöqtələrinə yaxın olan evlər dağıdılmış, onlarla dinc sakin yaralanmış və həlak olmuşdur.

Münaqişənin həlli üçün Prezidentimiz tərəfindən bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlığa başlandı, hüquqi baza yaradıldı.

BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar qətnamələr qəbul etdilər. Ərazi bütövlüyümüzə dəstək göstərildi. Respublika Prezidenti cənab İlham Əliyev görüşlər keçirdi, xarici mediyalara müsahibələr verdi. Bütün bu təbliğatların nəticəsində sübut olundu ki, Qarabağ tarixən Azərbaycan torpağıdır.

Nəhayət Azərbaycan xalqının 30 il səbirsizliklə gözlədiyi o an gəlib çatdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev səfərbərlik elan etdi. On minlərlə vətən övladı vətənini, elini, obasını yağı düşməndən qorumaq, əsarətdən azad etmək üçün hərbi komissarlıqların qarşısına toplaşdı.

Ali Baş Komandanımız cənab İlham Əliyevin uzaqgörən siyasəti, Ordumuzun səriştəsi, qəhrəman xalqımızın yumruq kimi Prezidentinin ətrafında sıx birləşməsi nəticəsində Azərbaycan xalqı 44 gün ərzində möhtəşəm qələbə çaldı.

Müharibənin başlandığı ilk gündən qardaş Türkiyə Azərbaycana mənəvi və siyasi dəstək verdi. Türkiyənin Azərbaycanın yanında olması xalqımızı, Ordumuzu qələbəyə daha da ruhlandırdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi idi. Biz qələbəni döyüş meydanında qazandıq. 300-dən çox şəhər və kəndlərimiz döyüş meydanında işğaldan azad edildi. Biz qan tökərək, şəhidlər verərək bu qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın. Həmin düşmən ki, 30 il ərzində bizə meydan oxuyurdu, 30 il ərzində Azərbaycan xalqının şərəf və ləyaqətini tapdalamağa çalışırdı.

Azğınlaşmış, harınlamış, quduzlaşmış, qudurmuş düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-a keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı”.

Bəli, noyabrın 10-da məcburiyyət qarşısında qalan Ermənistan kapitulyasiya aktına imza atdı. Odur ki, bir güllə atmadan belə noyabr ayının 20-si Ağdam, 25-i Kəlbəcər, dekabr ayının biri isə Laçın rayonu boşaldılaraq Azərbaycana – öz sahibinə qaytarıldı.

Azad olunmuş, düşmənlər tərəfindən boşaldılmış bu müqəddəs torpaqlarımızda qürurla Azərbaycan bayrağı dalğalandı.

Beləliklə, Azərbaycan Vətən müharibəsində həm döyüş meydanında, həm də siyasi müstəvidə uğurlu, möhtəşəm qələbə qazandı. Bu möhtəşəm qələbə, bu zəfər sayəsində ermənilərin özləri və öz orduları haqqında yaratdıqları mif darmadağın oldu.

Bu gün Azərbaycan Ordusu dünyada ən yaxşı döyüş qabiliyyətinə malik olan ordu hesab edilir. Çox sevindirici haldır ki, Ordumuz dünyanın 50 aparıcı ordusu sırasındadır.

Müharibə itkisiz olmur. Azərbaycan xalqı Vətən müharibəsində, haqq savaşında 3000-dən çox şəhid verdi, minlərlə qazilərimiz var. Amma dövlətimiz, xalqımız şəhidlərimizi hər an hörmətlə yad edir. Dövlətimiz şəhid ailələri və qazilərimizin hər birinə hörmət və məhəbbətlə yanaşır. Onların qayğısına qalır. Qarabağ müharibəsində şəhid olanların ailələrini evlə, mənzillə təmin edir. Qazilərimizin müalicəsi ilə məşğul olur. Hər bir problemlərini həll etməyə çalışır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müharibədə iştirak edərək qəhrəmanlıq, şücaət göstərən hərbi qulluqçular orden və medallarla təltif olunurlar.

Şəhla Ağbulud

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib