Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan diplomatiyasının növbəti uğuru – Soçi görüşü...

Tarix:30-11-2021, 15:47

Azərbaycan diplomatiyasının növbəti uğuru – Soçi görüşü...


II Qarabağ müharibəsi bir daha göstərdi ki, rəsmi Bakı ilə rəsmi Moskva arasındakı münasibətlər strateji müsatəvidə inkişaf edir. Nayabrın 26-da Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidentinin Rusiyalı həmkarı ilə təşkil olunmuş olunmuş görüşu bu əməkdaşlığın inkişafında ölkələrimizin hər ikisinin də maraqlı olduğu növbəti dəfə nümayiş etdirilmiş oldu. Bu arada qeyd edilməlidir ki, görüşə qədər tərəflər arasında böyük işlər görülüb. İl ərzində Azərbaycan və Rusiya arasında çox fəal dialoq aparılıb. İkitərəfli formatda çox məsələlər həll olunub. Münasibətlər bütün istiqamətlər üzrə qarşılıqlı maraqlar üzərində inkişaf edir. Əmtəə dövriyyəsi artır. İqtisadi sahədə əməkdaşlığa, o cümlədən biznes dairələri arasında qarşılıqlı maraq çox güclüdür. Münasibətlər çoxlu sahələri ehtiva edir. Hazırda iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsi reallaşdırılır. Sözsüz ki, iqtisadi layihələr xalqlarımızın imkanlarının daha da genişlənməsinə gətirib çıxaracaq dır.

Ölkələrimiz təkcə iqtisadi layihərlərlə kifayətlənmir, eyni mazanda təıhsil sahəsində əməkdaşlığı da genişləndirir. Belə ki, Azərbaycan tələbələrinin Rusiyada təhsil almaları üçün gözəl şərait yaradılıb. 15 mindən çox azərbaycanlı tələbə Rusiyanın ali məktəblərində təhsil alır. Bu fakt ölkələrimiz arasında körpü deməkdir. Rusiya tərəfin fəal iştirakı ilə Azərbaycanın və Ermənistanın intellektualları, mədəniyyət xadimləri arasında əlaqələrin nizamlanması üçün cəhdlər atılır. II Qarabağ müharibəsindən, Azərbaycanbın qalib gəlməsindən sonra xalqlar arasında əlaqələrin qurulmasında və təmasların artırılması istiqamətində mədəniyyət xadimlərinin görüşlərinin təşkilinin mühüm əhəmiyyəti vardır.

Hazırda Rusiya ilə Azərbaycan arasında rəsmi şəxslər arasında qarşılıqlı səfərlərin dinamikası yüksəkdir. Son bir həftədə Azərbaycan Prezidenti Rusiya hökuməti sədrinin müavinini, Rusiya Elmlər Akademiyasının prezidentini, Rusiya Prezidentinin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsini qəbul edib. Həftə ərzində Rusiya ekspert mərkəzinin və Rosekzimbankın iştirakı ilə biznes konfransı keçirilib. Tədbirdə Rusiyanın 30-dan çox şirkəti iştirak edib.

Rəsmi Bakı Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətindən ümumilikdə razılılq ifadə edir. Belə ki, keçən il ərzində Rusiya sülhməramlılarının məsuliyyəti zonasında ciddi insidentlər olmayıb. Ötən il noyabrın 10-dan etibarən Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətə başlaması ilə əlaqədar ciddi hadisələr olmayıb, yalnız sistemli böhran xarakteri daşımayan müəyyən təsadüfi insidentlər olub. Azərbaycan və Ermənistan sərhədində silahlı toqquşmalar olub, lakin bu, Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil. Qarabağda sülhün saxlanması üçün Rusiya sülhməramlılarının rolu yüksəkdir.

Bu gün rəsmi Azərbaycan və Ermənistan arasında həll edilmnəsi vacib məqamlardan biri də sərhədlərin delimitasiyasıdır. İki ölkə arasında sərhəd delimitasiya olmadığı üçün ara-sıra problemlər olur. Azərbaycan delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırdır. Rəsmi Bakı bununla bağlı mövqeyini açıq və net şəkildə bildirmişdir. Ermənistan tərəfinə açıq təklif olunub ki, qarşıdurmaya son qoyulsun, bir-birimizin ərazi bütövlüyü, suverenliyi tanınsın və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində iş başlanılsın. Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş toqquşmalar risklərə nəzarət etmək, onları minimallaşdırmaq və yekun sülh razılaşması üzərində işləməklə bağlı məsələlərin müzakirəsini, o cümlədən üçtərəfli formatda müzakirəsini zəruri edir.

II Qarabağ müharibəsinin başa çatmasından bu vaxta qədər ötən müddət ümumilikdə normal hesab ediulir. Belə ki, iki ölkə arasında müharibəyə son qoymuş Üçtərəfli Bəyanatın qəbul edilməsindən bir il keçib və bu il bütövlükdə, müsbət səciyyələndirilir. İl ərzində çox mühüm hadisələr baş verib. Fikir ayrılıqlarının nizamlanması işində qəbul edilmiş qərarlar Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırıla bilən olmasına şərait yaradacaq. Azərbaycan həmişə, istər döyüş əməliyyatları dövründə, istər onlardan sonra bütün humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olub. Rəsmi Bakı bunu əməlləri və verdiyi qərarları ilə nümayiş etdirib. Hətta sülh istiqamətində mühüm addımlar atıb. Hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbi qulluqçu Ermənistan tərəfə verilib. Yaralanmış hərbi qulluqçuya azərbaycanlı həkimlər tərəfindən tibbi yardım göstərilib. Azərbaycan həmişə humanizm prinsipinin aliliyini əsas götürüb və bundan sonra da işi bu istiqamətdə davam etdirmək niyyətindədir. Azərbaycan Ermənistan ilə çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindədir və bu formatda öz məqsədlərimizə çatacağıq.

Noyabrın 26-da verilən bəyanatı Azərbaycan diplomatiuyasının, Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi kimi də səciyyələndirmək olar. Çünki xüsusilə qeyd etymək lazımdır ki, bu Bəyanatda Azərbaycanın mövqeyi tam şəkildə əks olunub. Üç tərəfli görüşün nəticələri müsbət qiymətləndirilir. Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail oldu. Belə ki, bu sənəddə “Qarabağ” ifadəsi mövcud deyil. Bu o deməkdir ki, Qarabağ Azərbaycanın bir parçasıdır vəı o artıq müzakirə predmeti deyildir. Bundan əlavə bəyanatda Ermənistan tərəfinin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmur. Sərhədlərin delimitasiya və demarkasiyasına çağırış edilir. Avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olunub.

Ölkələr Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduqlarını təsdiq edirlər. Rusiya prezidenti “dəhliz” dedikdə “avtomobil və dəmir yolları” demiş, həmçinin mətbuat konfransında dəfələrlə “dəhliz” ifadəsini işlətmişdir.

Bütün bunlar Azərbaycan tərəfinin mütləq qabiliyyətinin təzahürü kimi qiymətləndirilməlidir. Bir sözlə hər hansı bir şərt qoymadan Azərbaycan Prezidentinin mövqeyi sənəddə öz əksini tapıb.

Bəyanatda Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması şərtlənib. Eləcə də bu sənədə əsasən 2021-ci il 11 yanvar tarixli Bəyanata müvafiq olaraq, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyəti davam etdiriləcəkdir. Regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin həyata keçirilməsi zəruriliyi qeyd olunur. Üçtərəfli görüşdən bir həftə sonra Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli komissiyanın Moskvada bir araya gələcəyi də qərarların tez bir zamanda verilməsinə hesablanıb.

Yeri gəlmişkən o da qeyd edilməlidir ki, sözügedən bəyanatda ATƏT-in Minsk Qrupunun adının çəkilmir. Bu da sülh danışıqlarının daha çox ikitərəfli formatına yönəldir. 26 noyabrda imzalanmış sənəddə Minsk Qrupuna dair bir dənə də olsun bənd yoxdur. Həmsədr institutu koordinasiyalı şəkildə işləyə bilmir və nəticədə onun fəaliyyəti yalnız formal xarakter daşıyır. Həmsədrlərdən yalnız Rusiya daha aktiv və təşəbbüskardır. Bununla da status məsələsi artıq Azərbaycan, Rusiya və Ermənistanın gündəliyindən çıxarılıb. Azərbaycan dövlətinin qətiyyətli mövqeyi sənəddə bir daha nümayiş etdirilib.

Zəngəzur dəhlizi və Ermənistanın məğlubiyyəti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, biz Zəngəzur dəhlizini açacağıq – istər danışıqlarla, istərsə də güc yolu ilə. 16 noyabr təxribatına verilən layiqli cavabdan sonra Ermənistanı güzəştə məcbur edəcək yeni reallıqlar ortaya çıxıb və Soçi görüşünün, həm rəsmi, həm də qapalı hissəsində Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərir ki, biz Zəngəzur dəhlizinin açılmasına doğru gedirik. Rusiya Federasiyası Prezidenti V.Putinin çıxışında “nəqliyyat dəhlizləri”ni xatırlaması, imzalanmış sənədin “dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına” dair bəndləri Zəngəzur dəhlizindən xəbər verir. Bu dəhlizin açılması rellıqlarını dünya çox yaxın zamanda görəcək. Belə demək mümkünsə, çox keçmədən dəhlizdən yük daşımaları həyata keçirilə bilər.

Azərbaycan diplomatriyasının növbəti uğuru mina xəritələri mövzusunun yenidən müzakirə olunmasıdır. Ona görə də açıq formada deyə bilərik ki, Soçidə humanitar məsələlərdə də irəliləyiş əldə olunub. Bağlı qapılar arxasında aparılan danışıqlardan sonra mina problemi və ermənilərin indiyədək Azərbaycana verməkdən imtina etdiyi “mina xəritələri” məsələsində də müsbət irəliləyiş olacaq. Gözlənilən odur ki, resmi İrəvan təzyiqlər qarşısında duruş gətirə bilməyib.

O da vurğulanmalıdır ki, Ermənistanın Soçi görüşü ərəfəsi siyasi oyunları, sabotaj cəhdləri də səmərəsiz qaldı. Prosesə Qərbi cəlb etmək üçün vaxt qazanmaq məqsədi ilə 9 noyabr görüşünü sabotaj edən Paşinyan, Soçi görüşü ərəfəsində də eyni addım atdı. Onun onlayn mətbuat konfransında səsləndirdiyi destruktiv, şovinist fikirlər Soçi danışıqlarının nəticəsiz qalmasına yönəlmiş təxribat idi və bu, şəxsən Putinin vasitəçiliyinə qarşı hörmətsizlik idi. Amma Paşinyanın sabotaj cəhdi baş tutmadı və Soçidə o, güzəştə getməyə məcbur oldu. Deməli, Paşinyanın nə deməsindən və hansı sularda üzməsindən asılı olmayaraq prosesə xələl gətirmək niyyətləri baş tutmayacaq.

**Seymur Qasımbəyli**

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib