Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Prezident İlham Əliyev: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək”.

Tarix:9-12-2021, 14:34
Baxış Sayı:532

Prezident İlham Əliyev: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək”.


Vətən müharibəsində qələbə qazandıqdan sonra Azərbaycan əsgərinin mətin addımlarından qalib səsləri gəlməyə başladı. İgid oğullarımızın ayaq basdığı hər torpaqda qələbə yerişi kənardan duyulmaqdadır. Artıq xalqımız müzəffər xalq olaraq alnı açıq, başı uca durmaqdadır. Bütün dünya gördü ki, heç bir zaman işğalla barışmayan xalqımız ayağöa qalxaraq mıənfur düşmənə öz yerini göstərdi. Düşməni döyüş meydanında sarsıdaraq geri çəkilməyıə məcbur etdi. Zəfər qazanan xalqımız ədaləti bərpa etdi. Böyük qələbə əldə edən xalqımızın Zəfər paradı da, heç şübhəsiz ki, böyük və təntənəli olaraq həyata keçirildi. Parad özünün möhtəşəmliyinə və ruhuna görə bundan əvvəlki paradlardan qat-qat fərqlənirdi. Çünki bu dəfə Azərbaycan əsgəri öz mətin addımlarda qələbə səsləri ilə meydanda yürüş-keçid edirdi. Bu mənzərəni izləyən hər bir Azıərbaycanlının ürəyi fərənlənirdi.

Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bununla bağlı bildirmişdi: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq... Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.

Həqiqətən də bu Zəfər Paradı Azərbaycan xalqının çoxəsrlik tarixinə qızıl hərflərlə yazılacaqdır. Bir xalqın tarixində döyüş meydanında qalib gəlməkdən, öz torpaqlarını işğaldan azad etməkldən mühüm hadisə ola bilməz. Və bu unudulmaz tarixin şahidləri olmaq da qürurvericidir.

İgid oğullarımızın Azərbaycanın ayrılmaz şəhəri olan Şuşanı azad etməsi ilə düşmən tamamilə sarsıldı, bir nov düşmın ordusunun onurğa sümüyü sındırıldı. Bundan sonra qarşı tərəf kapitulyasiya aktına imza atmağa məcbur oldu. Azərbaycanın incəsənət paytaxtı olan Şuşa azad edildikdən sonra onun küçələrində bayrağımız gəzdirildi, ən hündür yerində isə 3 rəngli müqəddəs bayrağımız dalğalandırıldı. Bununla da şəhərin əsl sahibinin kim olduğu nəinki ermənilərə, eyni zamanda bütün dünyaya nümayiş olundu.

Zəfər paradına Şuşada qaldırılan bayrağın gətirilməsinin də böyük rəmzi mənaslı vardır.

Xatırlatmaq yerinə düşər ki, vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdi. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdi. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər. Onların hər biri Azərbaycan igidlərinin qələbəsini ayaqüstə alqışlamışdılar.

Zəfər paradında Azərbaycan və Türkiyə prezidetnlərinin birgə iştirakı da xüsusi siyasi əhəmiyyətə malikdir. Belə ki, iki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürüdür.

Bir daha göstərildi ki, türk əsgəri ilə Azərbaycan əsgəri daima bir yerdə olub və bundan sonra da bir yerdə olacaq. İstənilən düşmənlə iki qardaş, iki dost olaraq çiyin-çiyinə mübarizə aparmağa hazırdır.

Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdi. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdu. Bu da ermənilərə bir göz dağıdır. Yəni əgər bir də revanşist hisslərlə yenidən təxribatlar törətməyə baş qaldırsanız, sonunuz və aqibətiniz ən yaxşı halda bunun kimi, pis halda isə tamamilə məhv ediləcəksiniz. Heç şübhəsiz ki, düşmənə verilən mesaj ünvanına tamamilə çatmışdı.

Vətən müharibəsi zamanı Azərbaycan tamamilə ədalətli mövqe nümayiş etdirdi. Rəsmi Bakı müharibə qanunlarını herç bir halda pozulmasına imkan vermədi. Azərbaycanlılar düşməndən fərqli olaraq dinc insanları atəşə tutmadı. Ona görə də bu qələbə xalqımızın qürur mənbəyinə çevrildi. Və beləliklə də ölkədəki bütün siyasi qüvvələri birləşdirən Zəfər əldə edildi. Bunu siyasi partiyaların verdiyi birgə bəyanatdan görmək mümkündür. Siyasi partiya rəhbərlərinin birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe tutması haqqında xəbər verir.

Ordumuzun savaş meydanında bir-birinin ardınca əldə etdiyi uğurlar əsgərlərimizin döyüş əzmindən qaynaqlanırdı. 44 günün hər günü şanlı tarixdir. Çünki hər gün Azərbaycan Ordusu irəli getdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Böyük fəxrlə deməliyik ki, müharibə müddətində bir nəfər də olsun döyüşdən yayınan hərbi qulluqçumuz olmadı. Lakin düşmən tərəfdə minlərlə fərari silahını qoyub döyüş meydanından qaçdı. Bunu artıq özləri də etiraf edirlər.

Azərbaycanın qələbə qazanmasının təməl prinsiplərindən buiri də xalq – iqtidar birliyi oldu. Belə ki, müharibə başlayan kimi ayağa qalxan xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Xüsusilə vurğulamaq lazımdır ki, vətənini sevən hər bir Azərbaycan oğlu 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini və Qələbə gününü gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Xalqın özünün birliyi, əsgərə verdiyi dəyəri və ana yurduna olan sevgisi onu qələbəyə apardı.

Azərbaycanın qələbə qazanmasında, heç şübhəsi ki, bizə qardaş olan ölkələrində böyük rolu vardır. Qardaş Türkiyənin verdiyi dəstək xalqımızda Qələbəyə inamı daha da artırmışdı. Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Rəsmi Ankaranın ilk saatlardan Azərbaycanın haqq işinə dəstəyi ədalət naminə savaşda tək olmadığımızı göstərdi.

Vətən müharibəsində əldə etdiyimiz qələbənin əbədiləşdirilməsinə istiqamətində də böyük işlərin görüldüyünü deyə bilərik. Bu münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub - “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”. Həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür. Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri yuxarıda qeyd edilən, həmçinin digər orden və medallarla təltif edilib və bu proses davam etdirilir.

Vətən müharibəsindən qalib çıxan Azərbaycan ordu quruculuğunu daha da inkişaf etdirməyi, təkminləşdirməyi özünə prioritet hədəf kimi müəyyənləşdirib. Qeyd etmək lazımdır ki, ölkəmizdə ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərməklə yanaşı, eyni zamanda, güclü ordu yaradılması istiqamətində də tədbirlər görüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 illik prezidentlik dövründə də əsas büdcə xərcləri hərbi xərclər olmuşdur. Ordunun döyüş qabiliyyəti möhkəmləndirildi, müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnikaları bir çox mənbələrdən alındı. Məhz görülən bütün tədbirlərin nəticəsidir ki, ordumuz 30 illik vətən həsrətinə döyüş meydanında son qoydu. Müharibə göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılıb.

Azərbaycanın qələbə çalmasında mühüm rol oynayan amillərdən biri də ölkə iqtisadiyyatının güclü olması idi. Prezident İlham Əliyev iqtisadi uğurlardan danışarkən bu fikirləri bildirmişdir: “Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik. Azərbaycan enerji müstəqilliyinə nail oldu və tarixi layihələri həyata keçirdi. 2006-2007-ci illərdə neft-qaz kəmərləri inşa edildi. Əgər, o kəmərlər tikilməsəydi, bizim bu qədər vəsaitimiz olmazdı. Vəsait yoxdursa, silah da olmayacaqdı. Ona görə iqtisadi müstəqillik əsas idi”.

**Seymur Qasımbəyli **

BBAK yeni mətbuat katibi təyin olunuldu
BBAK yeni mətbuat katibi təyin olunuldu
Abşeronda 5 şəhidin il mərasimi keçirildi
Abşeronda 5 şəhidin il mərasimi keçirildi
Hacı Zeynalabdin Tağıyev tarixdə zəngin adam kimi yox, xeyriyyəçi kimi qalıb
Hacı Zeynalabdin Tağıyev tarixdə zəngin adam kimi yox, xeyriyyəçi kimi qalıb
Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
O gün yurdumuza azadlıq günəşinin şəfəqləri yayıldı
O gün yurdumuza azadlıq günəşinin şəfəqləri yayıldı
20 Yanvar - Ümumxalq Hüzn Günüdür
20 Yanvar - Ümumxalq Hüzn Günüdür
Abşerona yeni icra başçısı təyin edilib
Abşerona yeni icra başçısı təyin edilib
Xızı-Abşeron Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi prosesində mühüm hadisədir
Xızı-Abşeron Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi prosesində mühüm hadisədir
“Güclü ordumuz, müasir silah-sürsatımız olmalıdır”
“Güclü ordumuz, müasir silah-sürsatımız olmalıdır”
Zəngəzur dəhlizindən həm dəmir yolu, həm də avtomobil yolu keçəcək
Zəngəzur dəhlizindən həm dəmir yolu, həm də avtomobil yolu keçəcək
Xaricdəki soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük coşqu ilə qarşılayır
Xaricdəki soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük coşqu ilə qarşılayır
Bundan sonra həmişə müzəffər xalq və qalib ölkə kimi yaşayacağıq
Bundan sonra həmişə müzəffər xalq və qalib ölkə kimi yaşayacağıq
İlham Əliyevin doğum günündə Xırdalanda 3 park istifadəyə verildi
İlham Əliyevin doğum günündə Xırdalanda 3 park istifadəyə verildi
İLHAM ƏLİYEV- XXI əsr dövlət başçılarına liderlik örnəyi...
İLHAM ƏLİYEV- XXI əsr dövlət başçılarına liderlik örnəyi...
Hökməlidə şəhid Balaş Cəfərovun il mərasimi keçirildi
Hökməlidə şəhid Balaş Cəfərovun il mərasimi keçirildi
Artımlar əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir
Artımlar əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir
Zəngəzur dəhlizini açmaq üçün əlverişli imkanlar yaranıb
Zəngəzur dəhlizini açmaq üçün əlverişli imkanlar yaranıb
Gələcək yeni reallıqlara əsaslanaraq qurulmalıdır
Gələcək yeni reallıqlara əsaslanaraq qurulmalıdır
Bizim səylərimiz regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır
Bizim səylərimiz regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır