Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Gələcək yeni reallıqlara əsaslanaraq qurulmalıdır

Tarix:18-12-2021, 14:53

Gələcək yeni reallıqlara əsaslanaraq qurulmalıdır


1990-cı illərdə həm Azərbaycan, həm də Ermənistan öz müstəqilliyinə qovuşdu. Bir sıra dövlətlərdə, eləcə də Azərbaycanda hərc-mərclik yarandı.
Hakimiyyət uğrunda mübarizələr başlandı.
Həmin vaxtlar Ermənistanın ordusu Azərbaycanın sərhədlərinə hücum çəkərək torpaqlarımızın 20 faizini işğal etdi. Bir milyondan artıq soydaşlarımız öz yurd-yuvalarından didərgin düşərək Bakıya, Sumqayıta və Azərbaycanın digər rayon və kəndlərinə pənah gətirdilər.

Bu müddət ərzində erməni vandalları işğal etdikləri ərazilərdə soyğunçuluqla məşğul oldular.
On illərlə ermənilər bütün dünyaya Ermənistanın “yenilməz ordusu”, “döyüşkən, igid əsgəri”, “cəsarətli komandirləri” barədə mif yaymağa başladılar. “Dənizdən dənizə” xülyası ilə yaşadılar.
ATƏT-in Minsk Qrupunun qəbul etdiyi bəyanatlara məhəl qoymayaraq, Azərbaycanın torpaqlarından çıxmaq deyil, hətta Azərbaycanı bütövlükdə belə işğal etmək niyyətində olduqlarını açıq aşkar bildirirdilər.

27 sentyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Azərbaycan nəhayət özü öz torpaqlarını erməni işğalından azad etməyə qalxdı.
44 günlük vətən müharibəsi ərzində Azərbaycan Ordusu yenilməz siyasətçi, cəsarətli rəhbər İlham Əliyevin komandanlığı ilə işğal altında olan torpaqlarımızı mənfur düşməndən təmizlədi. Ermənistan ordusu tamamilə məhv edildi.
Kapitulyasiya aktı imzalandı. Torpaqlarımızın qalan hissələri də kapitulyasiya aktından sonra bir güllə atmadan belə erməni əsgərləri və 30 ilə yaxın orada yaşayan ermənilər tərəfindən boşaldıldı. Ermənilərin özləri haqqında yaratdıqları mifi darmadağın etdi. Hazırda bütün dünya Azərbaycan Ordusunun taktikasını öyrənir. Azərbaycan əsgərinin şücaətindən, qəhrəmanlığından və müzəffər Ali Baş Komandanımızın uzaqgörən siyasətindən danışır.
Azərbaycanın qalibiyyəti ilə başa çatan Vətən müharibəsindən dərhal sonra Dövlət sərhədləri təyin edilməli idi, lakin hava şəraitinin buna imkan vermədiyindən, ordumuz 2021-ci ilin may ayında Azərbaycanın Dövlət sərhədlərinə tərəf hərəkət etməyə başladı və öz mövqeyini tutdu.

Azərbaycan həmişə şülhün tərəfdarı olub. İndiyə qədər nə heç kəsin torpağında gözü olmayıb, nə də heç bir yerə hücum etməyib. Lakin ermənilər özlərinin məğlubiyyəti ilə barışmaq istəmir və sərhədlərimizdə yeni təxribatlar törətməyə cəhd göstərir. Odur ki, Azərbaycan Ermənistanın manevrlərini, hərəkətlərini yenidən sərhəddi pozmaq cəhdlərini izləyir. Hər bir halda erməni tərəfindən olan təhlükələrin qarşısı alınır və alınacaq.

Azərbaycan sülh danışıqlarına hər vaxt getməyə hazır olduğunu bildirib. Lakin Ermənistan tərəfindən hələ də heç bir cavab yoxdur. Belə ki, Ermənistan Azərbaycanın sərhədlərini tanımaq istəmir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qəbul edir. Ermənistan isə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb tanımadığı barədə yalnız susur. Hal-hazırda Ermənistanın bu məsələ ilə bağlı heç bir mövqeyi yoxdur.

Azərbaycanın, Rusiyanın və Ermənistanın Baş nazirlərinin müavinlərinin rəhbərlik etdikləri üçtərəfli işçi qrup çərçivəsində görüşlər davam edir. Bu qrupların görüşlərinin əsas məqsədi və vəzifəsi kommunikasiyaların açılmasıdır. Artıq bu səpkidə bir neçə danışıqlar mərhələsi uğurla başa çatdırılıb.
Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması ilə bağlı tam razılıq əldə edilib. Danışıqlar, razılaşmalar zamanı avtomobil yolunun da çəkilməsinin labüd olduğu bildirilib və bu barədə artıq aydın təsəvvürlər mövcuddur.

Zəngəzur dəhlizinin hüquqi rejimi müzakirə olunub.
Artıq Azərbaycan Hava Yollarının Bakıdan Naxçıvan Muxtar Respublikasına uçan təyyarələri Ermənistan Hava Yollarından keçməyə başlayıb.

Gələcək artıq yeni reallığa əsaslanaraq qurulmalıdır. Ermənistan yalnız Azərbaycana qarşı düşmənçilik əməllərindən çəkinməli, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir.

Şəhla Ağbulud

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib