Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Zəngəzur dəhlizini açmaq üçün əlverişli imkanlar yaranıb

Tarix:22-12-2021, 18:15

Zəngəzur dəhlizini açmaq üçün əlverişli imkanlar yaranıb

Bir ildən artıqdır ki, Azərbaycan 44 günlük vətən müharibəsi nəticəsində öz tarixi torpaqlarını işğaldan azad edib. Lakin hələ bu günə qədər Ermənistan tərəfi imzalanan kapitulyasiya aktından sonra Azərbaycan torpaqlarını tərk edərkən basdırdıqları minaların xəritəsini qarşı tərəfə tam şəkildə verməyib. Odur ki, Azərbaycan indiyə qədər torpaqların minalardan təmizlənməsi ilə məşğul olur. Bizim ərazilərimizdə bir milyona yaxın mina basdırılıb. Minalarla çirkləndirilmiş əraziləri təmizləmək olduqca çətin, çox vaxt aparan bir prosesdir və olduqca baha başa gəlir. Eyni zamanda işğal edlmiş ərazilər təmizlənəndən sonra yurd-yuvasına dönmək həsrəti ilə gözü yolda qalan bir milyondan artıq qaçqın və könçünlərimizin qayıdışı teziklə mümkün olmur. İşlər də buna görə ləng gedir. Avropa İttifaqı özünün fondları vasitəsi ilə Azərbaycana bu çətin işdə kömək etməyə qadirdir. İttifaq ərazilərimizin minalardan tezliklə təmizlənməsi üçün maliyyə dəstəyi versə, bu iş tezliklə başa çatar.

200-dən artıq hərbi qulluqçu və mülki insan müharibədən sonrakı dövrdə minalara düşüb və mina partlaması nəticəsində həyatını və yaxud sağlamlağını itirib. Bu da Ermənistanın növbəti hərbi cinayətlərindən biridir. Bu məsələdə Avropa İttifaqının yardımçı olmaq arzusu Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda Avropa İttifaqının sülh prosesinə də dəstəyi çox önəmlidir.

Müharibədən sonrakı dövrdə artıq reallıqlara uyğunlaşaraq sülhə önəm vermək və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə Avropa İttifaqının rolu və səyləri çox böyük əhəmiyyət kəsb edir.
Ermənilər 30 il ərzində Azərbaycan torpaqlarını talamış, milli-mədəni, tarixi abidələrimizi və bir çox ərazilərimizi dağıtmış, kapitulyasiya aktının imzalanmasından sonra isə ərazilərimizi boşaltmazdan əvvəl kəndləri, şəhərləri dağıdaraq yerlə yeksan etmişlər.

Bunu, demək olar ki, bütün dünya bilir. İşğaldan azad olunmuş Qarabağa və ətraf rayonlara gələn jurnalistlər və xarici müşahidəçilər bu dağıntıları, ermənilərin törətdikləri bu vəhşlikləri öz gözləri ilə görərək dəhşətə gəlirlər.

Bununla belə Avropa İttifaqı tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollar, Azərbaycana isə 140 milyondur. Bu Azərbaycana qarşı böyük haqsızlıqdır. Bu ölkəyə işğalçı, dağıdıcı ölkə kimi sanksiya verilmək əvəzinə, külli miqdarda vəsait verilir.

Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev: “Hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, fərq beş dəfədən çoxdur. Azərbaycanın əhalisi 10 milyon, Ermənistan isə 2 milyon.

Bundan əlavə, işğal illəri ərzində Livanın sahəsinə bərabər ərazilər tamamilə dağıdılıb. Bu gün əcnəbi vətəndaşlar və jurnalistlər həmin ərazilərə səfər edəndə dağıntıların miqyasını öz gözləri ilə görürlər.
Ermənistanda isə heç bir dağıntı yoxdur. Bu ölkə işğal edilməmişdi, o özü işğalçı idi. Fiziki cəhətdən belə Ermənistanın iqtisadiyyatı bu nəhəng həcmli paketi mənimsəyə bilməz. Yanaşma vahid standartlara əsaslanmalıdır. Azərbaycana eyni şərtlərlə, eyni həcmdə vəsait ayrılmalıdır”.
1992-ci ildən ATƏT-in Minsk Qrupu yaradıldı. Minsk qrupu 28 il fəaliyyət göstərdi. Lakin bu qrupun 28 il ərzində gördüyü işlər, verdiyi bəyanatlar olduqca əhəmiyyətsiz idi. Minsk Qrupunun verdiyi bəyanatlar yalnız kağız üzərində qalırdı. Ermənistan buna heç əhəmiyyət belə vermirdi. Minsk Qrupunun həmsədrləri demək olar ki, dünyanın ən güclü ölkələri idi. Onlar Ermənistana təziq edib, bu münaqişəni sülh yolu ilə həll edə bilərdilər. Ermənistana qarşı sanksiyalar tətbiq edə bilərdilər. Oxşar hallarda bu sanksiyalar başqa ölkələrə qarşı tətbiq olunur. Lakin Ermənistana qarşı belə sanksiyalar tətbiq edilmədi. Bu işğalı dayandırmağa çalışmadılar, əksinə, erməniləri yeni işğala cəsarətləndirdilər. Odur ki, onların fəaliyyəti uğursuz hesab olunur.

Azərbaycan artıq öz daxili gücü ilə azad etdiyi torpaqlarda abadlıq-quruculuq işləri aparır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Ermənistan tərəfindən dərhal həyata keçiriləcək fəaliyyətə dair mühüm qərarlar qəbul edildi ki, dəmir yolu layihəsinin praktiki reallaşdırılmasına start verilsin. Lakin çox vacib Bəyanatın bu hissəsinin icrası olduqca ləng gedir”.
Azərbaycan isə artıq işlərə başlayıb və azad edilmiş ərazilərdən Ermənistan sərhəddinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır.
Azərbaycanda altı beynəlxalq hava limanı var və azad olunmuş ərazilərdə daha üç hava limanı olacaq.

Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Bu dəhliz Şimali Avropa, Rusiya, Azərbaycan, İran və Fars körfəzindən keçir. Dəmir yolu və avtomagistral olmasından asılı olmayaraq, Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentində aparılan bütün tikinti işləri artıq tamamlanıb. Zəngəzur dəhlizini açmaq üçün əlverişli imkanlar yaranıb.

Şəhla Ağbulud

Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Azərbaycan güclü idman dövlətidir
Azərbaycan güclü idman dövlətidir
Birinci Qarabağ Müharibəsi şəhidləri Abşeron rayonu Mehdiabad qəsəbə qəbiristanlığında dəfn ediliblər
Birinci Qarabağ Müharibəsi şəhidləri Abşeron rayonu Mehdiabad qəsəbə qəbiristanlığında dəfn ediliblər
Abşeronda beynəlxalq miqyaslı “COP29” tədbirinə dair sorğu keçirilib
Abşeronda beynəlxalq miqyaslı “COP29” tədbirinə dair sorğu keçirilib
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir
Abşeronda “1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili Günü”nə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib

Ana dilim əsrlərin mənəvi körpüsüdür
Ana dilim əsrlərin mənəvi körpüsüdür
Azərbaycana qarşı heç bir potensial təhlükə yoxdur
Azərbaycana qarşı heç bir potensial təhlükə yoxdur
Abşeronda “COP29: İqlim dəyişikliyi və ətraf mühitə dəstək üçün milli könüllü” mövzusunda seminar keçirilib.
Abşeronda “COP29: İqlim dəyişikliyi və ətraf mühitə dəstək üçün milli könüllü” mövzusunda seminar keçirilib.
Abşeron rayonunda qurumuş ağaclar yol kənarlarından götürüləcək
Abşeron rayonunda qurumuş ağaclar yol kənarlarından götürüləcək
Abşeron rayonunda şəhid ailələri və vətəndaşlarla görüşlər keçirilib
Abşeron rayonunda şəhid ailələri və vətəndaşlarla görüşlər keçirilib
Abşeron rayonunda şəhid ailələri ilə görüşlər davam etdirilir
Abşeron rayonunda şəhid ailələri ilə görüşlər davam etdirilir
Abşeronda Qarabağa qayıdış proqramı çərçivəsində təlimlər keçirilib
Abşeronda Qarabağa qayıdış proqramı çərçivəsində təlimlər keçirilib