Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Bundan sonra həmişə müzəffər xalq və qalib ölkə kimi yaşayacağıq

Tarix:27-12-2021, 16:22

Bundan sonra həmişə müzəffər xalq və qalib ölkə kimi yaşayacağıq


Son vaxtlar Azərbaycanın bir sıra ərazilərində yeni standartlara cavab verən hərbi hissələr və hərbi şəhərciklər salınmışdır. Digər hərbi hissələr isə əsaslı təmir şəkildə olunmuşdur. Bu sahəyə cənab Prezidentimiz tərəfindən çox böyük diqqət yetirilir.
Cinayətkar, işğalçı qonşuları nəzərə alsaq belə hərbi hissələrin salınması vətənimizin bütövlüyünü qorumaq üçün böyük əhəmiyyət kəsb edir.

Bu günlərdə isə Qarabağın Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni hərbi hissə açıldı. Xüsusi şəkildə qeyd etmək lazımdır ki, Azərbaycanın bütün bölgələrində hərbi hissələrin əksəriyyəti yüksək standartlara cavab verir. Hadrutda hərbi hissənin açılması da olduqca böyük əhəmiyyət daşıyır. Ona görə ki, yeni açılan hərbi hissə düşməndən azad edilmiş ərazidə yerləşir.

Qalib ölkənin Müzəffər Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev öz doğum günündə birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyevlə Hadrutda hərbi hissənin açılışında olmuşdur. Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bunları bildirmişdir: “Bu gün Hadrutda yeni hərbi hissənin açılması çox əlamətdar hadisədir. Bir tərəfdən ona görə ki, bu bölgə strateji əhəmiyyət daşıyır; Hadrutda bizim güclü silahlı birləşməmiz təhlükəsizliyimizi qoruyacaq, - digər tərəfdən ona görə ki, bu, azad edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmuş yerdə yerləşir. Eyni zamanda, bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq və orduya ayrılan xərcləri azaltmamışıq, əksinə , artırmışıq”.

Azərbaycan Ordusu daim Ali Baş Komandanın diqqət mərkəzində olub. Müharibədən sonra da müasir tələblərə cavab verən silah-sürsat, müasir hərbi texnika alınır. Yeni silahlı birləşmələr yaradılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Hadrutda bu hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir. Komando briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox komando briqadaları artıq Azərbaycanda yaradılır. Və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcək”.

Hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, eyni zamanda onların dolanışığı, məişət və mənzil problemləri də həmişə dövlətin diqqət mərkəzində olub. Belə ki, cənab Prezidentin Fərmanı ilə indiyə qədər 20 il orduda qüsursuz xidmətinə görə 2200 – dən çox hərbçiyə dövlət tərəfindən ev verilib. 2022-ci ilin əvvəlinə qədər isə 130 hərbçi ailəsinə yeni mənzillərin verilməsi nəzərdə tutulub.

Bəli, bizim müzəffər ordumuz çox şeyə qadirdir. Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz cəmi 44 gün ərzində torpaqlarımızı işğalçılardan azad etdi. Ermənilər özləri haqqında bütün dünyada mif yaratmışdılar. Özlərini yenilməz bilirdilər. Hətta tanklarla Bakıya qədər gələcəklərini bildirirdilər. Lakin Azərbaycan Ordusu işğalçı ermənilərə sübut etdi ki, onlar yalnız işğalçı, vəhşi və vandaldırlar. Azərbaycanın torpaqlarını işğal edərkən erməni vandalları milli mədəni, tarixi, dini abidələrimizi dağıtdılar. Ekologiyamıza ziyan vurdular, şəhərləri, kəndləri dağıtdılar. Lakin Azərbaycan əsgərinin qarşısında dayana bilmədilər.

Ali Baş Komandan İlham Əliyev: “Ermənilər deyirdilər ki, Ermənistan “yeni torpaqlar uğrunda yeni müharibə”yə hazırlaşır. Deyirdilər ki, əgər müharibə başlayarsa, erməni tankları Bakının küçələrində olacaq. Bəli, erməni tankları gəldi Bakıya, onları biz gətirdik. Azadlıq meydanında hərbi paradda , Qələbə paradında onları nümayiş etdirdik. Bu gün onlar Azərbaycan Ordusunun gücünün və Ermənistan ordusunun məğlubiyyətinin təzahürü kimi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Biz bundan sonra həmişə müzəffər xalq və qalib ölkə kimi yaşayacayıq.

Şəhla Ağbulud

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib