
12 Fevral 2015 ci il tarixdə Abşeron Rayon Heydər Əliyev Mətkəzində Gənclər və İdman Nazirliyi və Qadın və Uşaq problemlərinin araşdırılması ictimai birliyin birgə əməkdaşlığı ilə tədbir keçirilmişdir.Tədbirin mövzusu "Gənclərin məişət zorakılığı ilə bağlı hüquqi maarifləndirilməsi" idi.
Tədbiri giriş sözü ilə açan Abşeron Rayon Gənclər və İdman idarəsinin müdiri Əsgər Əmirəliyev ictimai birliyin üzvlərini salamladı.Daha sonra birliyin sədri Kəmalə Məmmədova gəncləri dinləməyə hazır olduğunu, müasir dünyamızda hələ də qalmaqda olan bu problemin həlli yolunda onların fikirlərinin də gərəkli olacağını bildirdi.O, gənclərə Azərbaycanda qanunların zorakılığla necə mübarizə apardığını, hansı hüquqi yollarla zorakılığın qarşısının alındığını izzah etdi.
Gənclər öz düşüncələri , rastlaşdığı faktları ümumilikdə müzakirə edərək , zorakılığın psixoloji bir problem olması nəticəsinə gəldilər.
Tədbirdə iştirak edən Abşeron rayon Qadınlar Şurasının sədri Təyyibə Hüseynova gənclərin toxunduğu maraqlı məqamlara öz fikrini bildirərək "Azərbaycanlılarda heç bir millətə xas olmayan gözəl ailə inistitutunun olduğunu və bunun əsrlərə söykənən tarixi olduğunu bildirdi."
Son nəticə olaraq gənclər bu söhbətləri və problemlə mübarizənin qanuni yollarını öz yaşadıqları ərazidə gənc yaşda ailə qurmuş, ali təhsili olmayan yaşıdları il aparacaqlarını qərara aldılar.
Redaktor:Çinarə Sadıxova
