Xəbər lentİ

Abşeron məktəblərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir

15:31, 03.05.15
Oxunub: 3 505
Gundem
Abşeron məktəblərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir


Müstəqil Azərbaycan dövlətinin xilaskarı və banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Abşeron rayonu Xırdalan şəhər 5 saylı tam orta məktəbdə "Bir Bayraq Altında Birləşdir Bizi." vətənpərvərlik mövzusunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular.

Məktəbin akt zalında davam etdirilən tədbirdə çıxış edən Xırdalan şəhər 5 saylı tam orta məktəbin direktoru Şahin Yusifov “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda çıxış etdi və bildirdi ki, millətin mənəvi dəyərlərinin daimi yaşaması, qorunması, unudulmaması yolunda fədakarcasına çalışmaq çox çətin olsa da Ulu Öndər bütün fəaliyyəti boyu bu missiyanı şərəflə yerinə yetirib. Keçmiş Sovet qurluşunun ağır təzyiqləri və diktələri altında çalışdığı illərdə belə Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunması naminə çox gərəkli və cəsarətli addımlar atdı. O öz çıxışında qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gələrkən, gənclərlə işə böyük diqqət ayırmışdı. Yüzlərlə azərbaycanlı gənci keçmiş SSRİ-nin ən tanınmış universitetlərində təhsil almağa göndərmişdi. Məhz, həmin kadrlar da bu gün Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və quruculuq prosesində əhəmiyyətli rol oynayırlar. Gənclərə etibar edən Ulu öndər onlarla ünsiyyətin tərəfdarı idi və mütəmadi görüşlər keçirməklə, onların düşüncəsini, fikirlərini və təkliflərini öyrənir, müvafiq addımlar atırdı. Elə gənclərlə bu cür ünsiyyətin qurulması üçün ilk dəfə Ümummilli lider Heydər Əliyev 1995-ci ildə gənclərin forumunun keçirilməsi haqqında təklif irəli sürdü və bundan sonra 1996-cı ildən başlayaraq, forumlar təşkil edildi.

Tədbirdə Abşeron rayon təhsil şöbəsinin müavini Pərviz Əhmədov mövzu ətrafında çıxış edərək bildirdi ki, 1990-ci illərin əvvələri Azərbaycan dövrünün ağır günlərini yaşayırdı. Bir tərəfdən separatçı qüvvələr və onların himayədarları ölkəmizi parçalayırdılar, digər tərəfdən iqtisadiyyatımız tamamilə dağılmışdır. Şəhər və kəndlərimizdə qarət baş alıb gedirdi, zorakılıq adi bir hala çevrilmişdir. İnsanlar arsında düşmənçilik toxumu səpilirdi, şəhər və kəndlərimiz bir-birinin ardınca işğal edilirdi. Belə bir vəziyyətdə heç kim nə etmək lazım olduğunu bilmirdi. Bununla belə ölkəmizi bürümüş böhran qabaqcıl ziyalıları son dərəcə narahat edirdi. Onlar yaxşı dərk edirdilər ki, Azərbaycanı daha ağır bəlalar gözləyir. Odur ki, ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə Xalqın tanımış lideri, zamanəsinin görkəmli dövlət və siyasi xadimi Heydər Əliyevə müraciət etdilər. Məhz Heydər Əliyevin bu müraciəti qəbul edərək yanidən hakimiyyətə qayıtması nəticəsində xalqımız bu bəlalardan xilas oldu.

Sonra məktəbin müəlliməsi Günel Süleymanlının təşkilatçılığı ilə ,3b sinifinin hazırladığı "Bir Bayraq Altında Birləşdir Bizi." adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Eyni zamanda, gənc rəssamlar mövzuya uyğun çəkdikləri şəkilləri qonaqlara təqdim ediblər.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən video çarx nümayiş etdirildi.

Abşeron məktəblərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir
Abşeron məktəblərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir
Abşeron məktəblərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir
Abşeron məktəblərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir
Abşeron məktəblərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir
Abşeron məktəblərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir
Abşeron məktəblərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir
Abşeron məktəblərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir


Fikirlər

 Oxşar xəbərlər: