Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Sarayda Heydər Əliyev Mərkəzi tikiləcək - REPORTAJ

Tarix:5-05-2015, 01:59

Sarayda Heydər Əliyev Mərkəzi tikiləcək - REPORTAJ


Vəsilə Əbülhəsənova: “Qəsəbə ərazisində bütün tikintilər milli memarlıq üslubunda aparılır”

Bakı şəhəri və ətraf qəsəbələrin sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramı təkcə paytaxətrafı ərazilərin deyil, qonşuluqdakı yaşayış məntəqələrinin də abadlaşmasına imkan yaradıb. Bu kənd və qəsəbələrdə abadlıq və yenidənqurma işlərinin görülməsində yerli özünüidarəetmə orqanı olan bələdiyyələr də yaxından iştirak edir. Abşeron rayonun qədim və ən böyük yaşayış məntəqələrindən biri olan Saray qəsəbəsi də məhz belə abad və nümunəvi qəsəbələrdən biridir. Xüsusilə də ötən ilin dekabrından Saray bələdiyyəsinə yeni sədr seçiləndən sonra bu yaşayış məntəqəsi geniş və hərtərəfli sosial inkişaf mərhələsinə qədəm qoyub. Belə ki, qəsəbə ərazisində abadlıq, tikinti və quruculuq işləri aparılıb. Qəsəbənin illərlə yığılıb qalmış sosial problemləri Dövlət Proqramı çərçivəsində və yerli özünüidarəetmə qurumunun daxili imkanları hesabına öz həllini tapıb.

Xatırladaq ki, qəsəbə sakinləri uzun illərdir içməli su sarıdan əziyyət çəkirdi. Bu yaxınlaradək qəsəbədə kanalizasiya sistemi yox idi, məhəllədaxili yollar isə bərbad vəziyyətdə idi. Artıq qəsəbəyə içməli su xətti çəkilib, kanalizasiya sistemi yenidən qurulub, qaz xətləri yenisi ilə əvəzlənib. Üstəlik, bütün mənzillərə SMART tipli sayğaclar quraşdırılıb. Həmçinin, qısa müddət ərzində qəsəbənin elektrik enerjisi təsərrüfatı yenidən qurulub, elektrik xətləri dəyişdirilib, təzə transformatorlar qoyulub.

Qəsəbənin girişindəki magistral avtomobil yolu Dövlət Proqramı çərçivəsində müasir tələblərə cavab verən səviyyədə təmir edilib. Yollara küçə işıqları quraşdırılıb. Bələdiyyənin imkanları hesabına həmin yolların kənarlarında yaşıl çəmənlik və park salınıb. Qəsəbənin küçələrinə adları yazılmış lövhələr vurulub. Eləcə də mərkəzi küçələrindən birinə ulu öndər Heydər Əliyevin adı verilib və burada abadlıq, təmir işləri aparılıb. Yollar müasir tələblərə cavab verən səviyyədə təmir edilib, asfalt örtüyü salınıb. Qəsəbəyə gedən yolun hər iki tərəfi mişar daşlarla hörülərək ağlay və bəzəkli daşlardan üzlüklər çəkilib. Həmçinin, piyadalar üçün səki yolları çəkilib. Yol qıraqlarına bəzək ağacları, kol və gül bitkiləri əkilib, yaşıl qazon salınıb. Hazırda isə qəsəbədə bələdiyyənin vəsaiti hesabına 2 mərtəbəli uşaq bağçası inşa edilir. Artıq inşaat işləri yeni binanın ikinci mərtəbəsində davam edir.

Uşaq bağçasının tikintisi yekunlaşır

Qəsəbə Bələdiyyələri Assosiasiyasının sədr müavini, Saray bələdiyyəsinin sədri Vəsilə Əbülhəsənova bildirir ki, bu ilin payızınadək uşaq bağçasının tikintisi başa çatdırılacaq. Paralel olaraq qəsəbədə sosial yönümlü digər layihələrin də icrası davam etdirilir. Onun sözlərinə görə, artıq küçələrə müasir tipli marşrut dayanacaqları qoyulub. Qəsəbənin qaz, su, kanalizasiya xətlərinin çəkilişi tamamilə başa çatdırılıb. Elektrik xətləri və dirəkləri də tamamilə yenilənib və hazırda qəsəbənin mərkəzi yollarında küçə işıqları quraşdırılır: “Qəsəbənin bütün məhəllədaxili yollarına küçə işıqları qoyduracaq. Bələdiyyə sədri işlədiyim dövrə qədər sakinlərin asudə vaxtlarının səmərəli keçməsi üçün qəsəbənin Bakı-Sumqayıt yolunda böyük bir ərazidə yeni bir parkın salınmasına nail olduq. Qəsəbəmiz regionda ən böyük yaşayış sahələrindən biri olduğu üçün buraya əhali axını da artıb. Qəsəbədə işlər layihələr əsasında davam etdirilir. Saray qəsəbəsində tikintilər milli memarlıq üslubunda aparılır”.

Bələdiyyə sədri Məmməd Əmin Rəsulzadə küçəsində, eləcə də Sevil Qazıyeva küçəsində abadlıq işləri aparıldığını və hazırda həmin küçələrdə işlərin davam etdirildiyini deyib. Bundan başqa, Sevil Qazıyeva küçəsində 500 metr əraziyə qazon əkilib və burada avtobus gözləyən sərnişinlər üçün 3 yerdə dayanacaq quraşdırılıb. Həmçinin, bu küçənin ətrafı boyunca 1000-dən çox gül kolları əkilib. Eləcə də H.Səmədov, S.Novruzov küçələri də bələdiyyənin vəsaiti hesabına abadlaşdırılıb. Belə ki, bələdiyyənin vəsaiti hesabına “Üzümçülük massivi” adlanan ərazidə və T.Allahverdiyev küçəsində abadlıq işləri aparılıb. Hazırda isə T.Allahverdiyev küçəsində təmir işləri davam edir: “Daxili vəsait hesabına Saray-Novxanı yolunun sərhəd hissəsində, 200 metr yol abadlaşdırılıb, E.Hüseynov küçəsinin sonunda kanalizasiya xətti çəkilib və bütün göl kanalizasiya xəttinə birləşdirilib”.

Perspektivdəki layihələrin siyahısı bəllidir

Yeri gəlmişkən, daxili imkanlar hesabına yeni müasir tipli ikimərtəbəli bələdiyyə binasının tikintisi də başa çatmaq üzrədir. Artıq binada tamamlanma işləri gedir: Vəsilə Əbülhəsənova deyir ki, binanın ərazisində geniş park salınacağı nəzərdə tutulub. Onun sözlərinə görə, Saray qəsəbəsindəki 1 saylı tam orta məktəbin qarşısından keçən mərkəzi yolda uşaqların hərəkət təhlükəsizliyini təmin etmək məqsədilə piyada, səki yolları salınıb: “İndiyədək burada 400 metr piyada yol çəkmişik. Həmçinin, təzə tikilən uşaq bağçasının qarşısındakı yolda da piyada yolunun çəkilişi başa çatıb. Hazırda qəsəbənin 3 giriş hissəsində təmir və bərpa işləri davam edir. O cümlədən, 500-ə yaxın ağac əkmişik”.

Sarayda davam edən ağacəkmə kampaniyasından danışan Vəsilə Əbülhəsənova deyib ki, bu kampaniya mütəşəkkil şəkildə davam edir. Yaxın günlərdə isə məhəllələrdə yolların cari təmirinə start veriləcək. Belə ki, dağılmış asfalt örtükləri bərpa ediləcək. Onun sözlərinə görə, qəsəbədə Heydər Əliyev Mərkəzinin tikintisi də planlaşdırılıb: “Qəsəbədə görüləsi işlər arasında Heydər Əliyev Mərkəzinin tikintisi də var. Həmçinin, Sarayda ən böyük küçə Məmməd Əmin Rəsulzadə küçəsi boyunca yeni divar örtükləri tikilir, müxtəlif mozaik daşlarla bəzədilir, səkilər yenilənir və yaşıllıq örtüyü salınır. Bələdiyyələrin Milli Assosiasiyasının “Bir bələdiyyə ən azı bir layihəsi” əsasında 2015-2016-cı illər ərzində Saray qəsəbəsində müasir tipli Mədəniyyət Evinin tikintisi də nəzərdə tutulub. Bundan əlavə, qəsəbəmizdə Uşaq İdman Meydançasının tikintisi planlaşdırılır”.

Vəsilə Əbülhəsənova qəsəbə ərazisində tarixi abidələrin, yəni XVI-XVII əsrlərə aid hamamın, karvansara qalıqlarının, XVIII əsrə aid qədim qəbiristanlığın olduğunu deyib. Onun sözlərinə görə, həmin tarixi abidələr bu ildən Saray bələdiyyəsinin mühafizəsinə verilib: “Tarixi abidələr tərəfimizdən qorunur. Qəsəbədə bu işlərin həyata keçirilməsində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun böyük dəstəyi və köməkliyi var. Belə ki, başçı mütəmadi olaraq qəsəbəmizə gəlir, bir rayon rəhbəri kimi görülən işlərlə bağlı öz tövsiyə və məsləhətlərini verir”.

Bələdiyyə sədri qəsəbədə yeni iş yerlərinin də açıldığını söyləyib. Onun sözlərinə görə, bu ilin 3 ayı müddətində Sarayda 200-ə yaxın qəsəbə sakini işlə təmin olunub. Hazırda tikintisi davam edən uşaq bağçası istifadəyə verildikdən sonra isə xeyli sakin orada işlə təmin olunacaq.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib