Qafqaz Universitetində “Qafqazdan dünyaya” adlı 18-ci məzuniyyət proqramı keçirilib.
00:21, 28.05.15
Oxunub: 2 006
Gundem
Qafqaz Universitetində “Qafqazdan dünyaya” adlı 18-ci məzuniyyət proqramı keçirilib. 1993-cü ildə müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin razılığı ilə fəaliyyətə başlayan Qafqaz Universiteti hər il olduğu kimi bu il də məzunlarını böyük qürurla yola salıb. Təhsil aldıqları müddətdə onlarla yaxın ünsiyyətdə olan universitet rektoru, professor Ahmet Saniç məzunlara ürək sözlərini bildirib: “Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi, təhsil bir millətin gələcəyidir. XXI əsr elm, texnologiya əsridir. Bu əsrdə siz gənclər görəndə Azərbycanın layiq olduğu zirvəyə çatacağına insanın şübhəsi qalmır. Və düşünürəm ki, gələcək Azərbaycan siz gənclərin, siz məzunların əlindədir. Sizə arzum odur ki, bilik və bacarıqlarınızı, Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafına həsr edəsiniz. Yolunuz və bəxtiniz açıq olsun.” Çıxışının sonunda rektor valideynlərin universitetə əmanət etdikləri övladlarını onlara qürurla təqdim etdiyini də dilə gətirib.
Məzunlari təbrik üçün kürsüyə çıxan Abşeron Rayon İcra Hakimiyyəti başcısının müavini Fuad Cəbrayılov ürək sözlərini belə ifadə edib: “Sizləri əvvəla Abşeron rayon icra hakimiyyəti başçısı Zakir Fərəcov adından salamlayır və məzunlarımızı təbrik edirəm. Qafqaz Universitetinin Azərbaycan üçün savadlı mütəxəssislər yetişdirdiyini hamımız çox yaxşı bilirik.Müstəqil həyata vəsiqə qazanmış məzunları təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram.” Məzunlara təbrik sözləri ilə yanaşı, onlara Abşeron rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov tərəfindən mükafatlar da təqdim olunub
Milli Məclisin deputatı Fazil Mustafa ,Təhsil Nazirliyinin nümayəndəsi Sülhəddin Gözəlov və çıxış edən digər natiqlər də tələbələri təbrik edib və onlara uğurlar arzulayıb. Mövcud olan ən yüksək balı toplayaraq universitet birincisi olan Mühəndislik fakültəsi Sənayenin təşkili və idarəolunması, (ingiliscə) bölümünün məzunu Hüseyn Abdulla da öz hislərini ifadə edərkən Qafqaz Universitetinə və onun müəllimlərinə olan sevgisini də dilə gətirib: “5 il öncə bu universitetə qeydiyyatdan keçmək üçün gələndə ən uğurlu məzunların adını “Məzun kötüyü”nün üzərində görmüşdüm. O zaman özümə sual etmişdim, görəsən mənim də adım bura yazıla bilərmi? Çox sevinirəm ki, bu arzum bugün gerçəyə çevrildi. Bunun üçün dəyərli bmüəllimlərimə və Qafqaz ailəsinə borcluyam. Sizlərə söz verirəm ki, dünyanın hansı nöqtəsndə olmağımdan asılı olmayaraq Qafqaz adını uca tutacam və mənə olan etimadınızı doğruldacam.”
Qeyd edək ki, bu il Qafqaz Universitetindən 674 tələbə bakalavr pilləsindən, 286 tələbə isə magistr pilləsindən məzun olub.