Azərbaycan kubokunun 1/8 final mərhələsində Ağdamın Qarabağ klubu AZAL-la münasibətlərini aydınlaşdıracaq.
16:30. “Qarabağ” – AZAL 1-0 (Reynaldo, 78)
Tofiq Bəhramov adına Respublika stadionu
1. Oyuna maraq demək olar ki, yoxdur.
2. Matçın ilk dəqiqələrində qapılar ağzında təhlükəli epizodlar yaranmayıb.
3. "Qarabağ"ın futbolçusu Kapolonqo AZAL-ın qapıçısı Ruslan Məcidova qarşı kobud oynadı. Referi Ramil Diniyev epizodu gec dəyərləndirib, sarı vərəqə göstərdi. Bu isə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun etirazına səbəb oldu.
4. Matçın 30-cu dəqiqəsində Barlay təhlükəli alınsa da, referi oyundan kənar vəziyyət qeydə aldı.
5. Darıxdırıcı oyunun ilk hissəsi qolsuz başa çatdı.
II Hissə
1. Matçda ikinci hissə başladı.
2. Oyunda hələ ki, təhlükəli epizoda yaranmayıb.
3. Mübarizə bir qədər qızışıb. Amma hələ ki, qapılara təhlükəli zərbələr endirilməyib.
4. Ruslan Tağızadənin zərbəsindən sonra top qapıdan aralı keçdi.
5. Qeyd edək ki, AZAL-ın futbolçusu Şemonayev qırmızı vərəqə alaraq, meydançadan qovulub.
6. "Qarabağ"ın hücumları bəhrəsini verdi. Reynaldonun baş zərbəsindən sonra hesab açıldı. Matçın başa çatmasına 10 dəqiqə qalır.
7. Oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatdı.
8. AZAL-ı məğlub edən "Qarabağ" 1/4 final mərhələsində "Qəbələ" ilə münasibətləri ayırd edəcək.
Elməddin Əmirov