15 iyun 2017-cı il tarixdə Abşeron Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xırdalan şəhər Şahmat Məktəbində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş daxili təsnifat turniri keçirilib.
Xırdalan Şahmat Məktəbində keçirilən turnirə müxtəlif yaş qruplarından olan iti zəka sahibləri qatılıb.
Turnirin keçirilməsində məqsəd “15 İyun Milli Qurtuluş günü” geniş qeyd etmək, rayonda şahmat idman növünü daha da inkişaf etdirmək, yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, idmana olan maraqlarını daha da artırmaqdır .
Yarışın açılış mərasimində Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev çıxış edərək iştirakçıları “15 İyun Milli Qurtuluş günü” münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. O, “15 İyun Milli Qurtuluş günü”nünmahiyyətindən danışaraq gənclərimizə dövlət səviyyəsində daim diqqət və qayğı göstərildiyini qeyd edib. Ə.Əmirəliyev gənclərin idman yarışlarına kütləvi şəkildə cəlb edilməsinin onların sağlam ruhda böyümələri üçün ən vacib amillərdən biri olduğunu deyib.
Sonra yarışa start verilib. Maraqlı idman mübarizəsində keçən turnirdə 70-ə yaxın şahmatçı mübarizə aparıb. Oğlan və qız şahmatçıların iştirak etdiyi turnir 5 yaş qrupunda (8-10-12-14-16 ) keçirilib. Yarış 3 qrupda (A,B,C) İsveçrə sistemi üzrə 9 turdan ibarət olub.
Turnirin nəticələrinə əsasən qalib gələn şahmatçılar Abşeron Rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə təltif olunublar.
Məlumat üçün bidlirək ki, şahmatçılarımız qazandıqları uğurlarla sevindiklərindən də artıq gələcəkdə ayrı-ayrı zona, respublika, hətta, beynəlxalq əhəmiyyətli turnirlərin iştirakçıları olmaq üçün bu maraqlı stolüstü oyun barədə bilik və təcrübələrini artırmağa xüsusi səy göstərirlər. Belə bir faktı qeyd edim ki, tədris ilinin ötən dövrü ərzində on iki nəfər III dərəcə, 54 nəfər isə IV dərəcə normasını yerinə yetirib.Xırdalan şəhər Şahmat Məktəbində rayonun şahmatçıları ilə məşğul olan məşqçi müəllimilər dərəcə normasını yerinə yetirən gənc şahmatçıların sayının daha çox olması üçün bilik, bacarıq və təcrübələrini onlardan əsirgəmirlər.
Şamo Əliyev