Çinin Haikou şəhərində təşkil olunmuş “2018 CFA Belt and Road İnternational Beach Soccer Cup” beynəlxalq turnirdə iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası yarışın qalibi olub.Sonuncu oyunda Çexiya yığma komandası ilə qarşılaşan millimiz 8:3 hesabı ilə qələbə qazanıb. Sabir Allahquliyev, Ramil Əliyev və Orxan Məmmədovun dubl etdiyi oyunda digər qolları Asif Zeynalov və İlkin Hacıyev vurublar.
Rəqib qapılarından 5 top keçirən Ramil Əliyev turnirin ən məhsuldar oyunçusu olub.
Qeyd edək ki, millimiz əvvəlki oyunlarda Macarıstan 7:3, Çinə isə 7:2 hesabı ilə qalib gəlib.