Bosniya və Herseqovinada təşkil edilən UEFA İnkişaf turnirində 16 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası ikinci oyununu keçirib.
Xorvatiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Komandamızın qolunu Alina Nəhmədova vurub.
Turnirin əsasnaməsinə uyğun olaraq, qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən rəqib 3:2 hesabı ilə qələbə qazanıb.
Yığmamız turnirdə sonuncu oyununu aprelin 22-də Bosniya və Herseqovina komandasına qarşı keçirəcək.