Futzal üzrə Azərbaycan Kubokunun 2017/2018-ci il mövsümünün püşkü atılıb.
14 komandanın yarışacağı kubok oyunlarına 1/8 final mərhələsindən start veriləcək.
Yüksək Liqada ilk 2 pilləni tutan "Araz" və "Marafon Futsal" mübarizəyə ¼ final mərhələsindən başlayacaq.
Aprelin 25-də "Olimpik Star"da keçiriləcək 1/8 final mərhələsinin oyun cədvəli belədir:
12:00. VİP FK - "Neftçi" İK
13:30. "FK. İtaldizain Futsal" - "Yasamal"
15:00. EKOL - "Gilan"
16:30. ADBTİA - "Avanqard"
18:00. "Romana" - "Yasamal-2"
19:30. "Standard" - "Hell Energy"
¼ final mərhələsində qarşılaşacaq çütlüklər:
"Araz" // "Romana" - "Yasamal-2" cütünün qalibi
"Marafon Futsal" // "FK. İtaldizain Futsal" - "Yasamal" cütünün qalibi
"Standard" - "Hell Energy" cütünün qalibi // ADBTİA - "Avanqard" cütünün qalibi
VİP FK - "Neftçi" İK cütünün qalibi // EKOL - "Gilan" cütünün qalibi