Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının sonuncu günündə ayrı-ayrı alətlər üzrə qaliblərə mükafatlar təqdim olunub

Tarix:29-04-2018, 20:06

Bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının sonuncu günündə ayrı-ayrı alətlər üzrə qaliblərə mükafatlar təqdim olunub


Aprelin 29-da Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku turnirində ayrı-ayrı alətlər üzrə fərdi yarışların qalibləri məlum olub.

Halqa ilə hərəkətlərdə rusiyalı Mariya Sergeyeva 18,200 xalla birinci, Belarus gimnastı Katsiarina Halkina 17,750 xalla ikinci, ABŞ təmsilçisi Laura Zenq 17,350 xalla üçüncü olub. Fərdi proqramda ayrı-ayrı alətlər üzrə dünya kuboku mərhələlərinin nəticəsinə əsasən halqa ilə yarışların qalibi bolqarıstanlı Boryana Kaleyn "AGF Trophy" kuboku ilə təltif olunub.

Topla yarışların nəticəsinə əsasən, Rusiya gimnastları Yekaterina Selezneva və Mariya Sergeyeva müvafiq olaraq 18,200 və 18,100 xal toplayaraq birinci-ikinci yerləri bölüşüblər. İlk üçlüyü 17,950 xalla yaponiyalı Kaho Minaqava qapayıb. Rusiyalı Y.Selezneva birinciliklə yanaşı, dünya kuboku mərhələlərinin nəticələrinə görə topla hərəkətlərin qalibi kimi "AGF Trophy" kubokuna da sahib olub.

Gürzlərlə mübarizədə isə 18,100 xal toplayan Ukrayna gimnastı Vlada Nikolçenko bütün rəqiblərini qabaqlayıb. Bolqarıstanlı Boryana Kaleyn 17,800 xalla ikinci, ondan cüzi fərqlə geri qalan rusiyalı Mariya Sergeyeva 17,700 xalla üçüncü pillədə qərarlaşıb. Gürzlərlə yarışlarda "AGF Trophy" kubokunu da qızıl medalın sahibi Ukrayna gimnastı V.Nikolçenko qazanıb.

Lentlə hərəkətlərdə Rusiya təmsilçisi Mariya Sergeyeva yenidən fəxri kürsünün ən yüksək pilləsinə qalxib. Belə ki, o, 16,800 xal toplayaraq ayrı-ayrı alətlər üzrə fərdi proqramda ikinci dəfə qızıl medal qazanıb. Bolqarıstanlı Katrin Taseva 16,400 xalla Dünya Kuboku yarışlarının gümüş, Ukrayna gimnastı Vlada Nikolçenko 16,050 bürünc mükafatçısı olub. Lentlə yarışlarda ikinci olan bolqarıstanlı Katrin Taseva həm də "AGF Trophy" kubokunu qazanıb.

Mükafatlandırma mərasimində Beynəlxalq Gimnastika Federasiyasının nümayəndəsi Kerolayn Kant, Azərbaycan Gimnastika Federasiyası İcraiyyə Komitəsinin üzvü Rafiq Behbudov, yarışların təşkilati komitəsinin üzvü Kamran Ramazanov və Təhsil Nazirliyinin nümayəndəsi Vasif Məmmədov iştirak ediblər.

Azərbaycan təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri
Azərbaycan təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri
Azərbaycanın uğurlu enerji siyasəti...
Azərbaycanın uğurlu enerji siyasəti...
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...
Laçınlılar doğma yurd yerlərinə qayıdırlar
Laçınlılar doğma yurd yerlərinə qayıdırlar
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib
Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır
Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır
” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK
” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK
ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib
Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib
YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər
YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər
İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək
İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək
Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür
Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür
Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir
Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir
Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib