Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Minifutbol millimizin baş məşqçisi müəyyənləşdi

Tarix:5-05-2018, 23:22

Minifutbol millimizin baş məşqçisi müəyyənləşdi


Azərbaycan Minifutbol Federasiyası (AMF) "Azfar Group"un təşkilatçılığı, "Bakcell"in baş sponsorluğu ilə Alfa Liqa adlı yeni layihəsinə rəsmən start verib.


Dünən Şam Bulvar restoranında minifutbol üzrə Alfa Liqanın püşkatma mərasimi baş tutub.

Tədbir açıq elan edildikdən sonra söz AMF-nin baş katibi Azər Hüseynova verilib. Federasiya rəsmisi çıxışında minifutbol üzrə yığma komandamızın baş məşqçininin adını açıqlayıb. Məlum olub ki, yığmamızı PRO kateqoriyalı mütəxəssis, vaxtı ilə "Rəvan" və "İnter" kimi klublarda çalışmış, hazırda futzal üzrə Yüksək Liqada II pillədə qərarlaşmış "Marafon" komandasının sükanı arxasında olan Elşad Quliyev çalışdıracaq.

Videorolikin nümayişi ilə paralel Alfa Liqanın formatı və qalibə veriləcək kubok haqqında danışan Hüseynov çempion olacaq komandanın ölkəmizi sentyabr ayında Sloveniyada təşkil olunacaq minifutbol üzrə Avropa Çempionlar Liqasında təmsil edəcəyindən də bəhs edib. Daha sonra çempionatın püşkatmasına start verilib. Bunun üçün baş sponsor olan "Bakcell"in nümayəndəsi Elnur Səfərov, "Azfar Group"dan Mahir Cəbiyev, "Zirə" futbol klubunun prezidenti Natiq İsmayılov və Elşad Quliyev səhnəyə dəvət olunub.
Beləliklə, 32 komandanın iştirakı ilə keçiriləcək Alfa Liqada qrupların tərkibi belə olub:

A qrupu - İOSC, Rezident, Pepsi, Baktelekom

B qrupu - İCE, Sirab, Turin, Carclub

C qrupu - Eminspor, Avengers, Azersun, TOTA

D qrupu - Mr. Fix, KATV, Sky Travel, Zirə

E qrupu - Uğur, Vur Komandir, Archico, Galaxy

F qrupu - LSS, Sirena Motors, Kapitanlar, Bayern Bakı

G qrupu - Timsport, Universal, Peçat Dönər, Azfar Group

H qrupu - Borçalı, Maştağa, Bərdə Aristokrat, STP

Qeyd edək ki, Alfa Liqa mayın 19-da start götürəcək. Qrupda ilk iki yeri tutmuş komandalar 1/8 finala vəsiqə qazanacaq.
Yeri gəlmişkən, minifutbol üzrə millinin baş məşqçisi Elşad Quliyev tədbirdən sonra fikirlərini bildirib:

"Belə bir təklif federasiyanın baş katibi Azər müəllim tərəfindən gəldi. Oturub fikirləşdik və işləməyə qərar verdik. Özüm hazırda futzalda işlədiyimdən, mənim üçün bu postda çalışmaq o qədər də çətin olmayacaq. Çünki futzalla minifutbol arasında oxşarlıqlar var. Komandaya iki məşqçi, inzibatçı, həkim və massajist cəlb olunacaq. Ancaq köməkçilərim "Marafon"dan olmayacaq. Çünki onlar mənim yoxluğumda "Marafon"a kömək edəcəklər. Ola bilsin ki, milliyə digər nümayəndələri "Marafon"dan cəlb edim".
Quliyev onu da bildirib ki, milliyə, Alfa Liqadan, futzaldan və böyük futboldan oyunçular çağırılacaq:

"Bu ayın 15-dən 30-dək seleksiya xarakterli toplanış keçirəcəyik. Ora 60-70-ə yaxın futbolçu çağırılacaq. Bunların arasında böyük futbolla erkən vidalaşmış oyunçular da olacaq. Həftədə iki-üç dəfə məşq keçəcəyik"

Türkiyə-Azərbaycan qardaşlığı əbədi və sarsılmazdır
Türkiyə-Azərbaycan qardaşlığı əbədi və sarsılmazdır
Şəhid övladları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim ediblər
Şəhid övladları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim ediblər
Qarabağda xunta rejimi cəmi 24 saata tərksilah edildi
Qarabağda xunta rejimi cəmi 24 saata tərksilah edildi
Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb
Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb
Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın legitim hüququdur
Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın legitim hüququdur
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni imkanları...
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni imkanları...
Abşeron rayonunda 2022-ci il sentyabr şəhidlərinin xatirəsi anılıb
Abşeron rayonunda 2022-ci il sentyabr şəhidlərinin xatirəsi anılıb
İlham Əliyev Xırdalanda 11 nömrəli məktəbin yeni binası ilə tanış olub - Video
İlham Əliyev Xırdalanda 11 nömrəli məktəbin yeni binası ilə tanış olub - Video
Övladlığa uşaq götürmək üçün nə etməli?
Övladlığa uşaq götürmək üçün nə etməli?
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası, səmərəli dövlətçilik konsepsiyası Azərbaycanı güclü bir dövlətə çevirmişdir
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası, səmərəli dövlətçilik konsepsiyası Azərbaycanı güclü bir dövlətə çevirmişdir
Ulu öndər Heydər Əliyevin humanizm ideyaları layiqincə davam etdirilir
Ulu öndər Heydər Əliyevin humanizm ideyaları layiqincə davam etdirilir
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir
Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu
Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu
Demokratik inkişafın Heydər Əliyev modeli
Demokratik inkişafın Heydər Əliyev modeli
Azərbaycan və Özbəkistan arasında hərtərəfli əməkdaşlıq inkişaf edir
Azərbaycan və Özbəkistan arasında hərtərəfli əməkdaşlıq inkişaf edir
Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub
Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub
I Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edilib
I Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edilib
Ermənistanın növbəti şantaj kampaniyası da uğursuzluğa düçar oldu
Ermənistanın növbəti şantaj kampaniyası da uğursuzluğa düçar oldu
Abşeron rayon İcra Hakimiyətində təcrübə keçən könüllülərlə görüş keçirilib.
Abşeron rayon İcra Hakimiyətində təcrübə keçən könüllülərlə  görüş keçirilib.