Topaz Premyer Liqada 26-cı turun oyunları davam edir."Keşlə" ikincilik uğrunda yarışan "Qəbələ"nin qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb.Beləliklə, xal hesabını 46-ya çatdıran “Qəbələ” Topaz Premyer Liqasının mükafatçıları sırasında yerini, həmçinin ardıcıl 5-ci dəfə UEFA Avropa Liqasına vəsiqəni təmin edib.
Qeyd edək ki, tura sabah keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu ilə yekun vurulacaq.