Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Abşeron rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Xəmsə” Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında VI Azərbaycan çempionatının rayon birinciliyi keçirilib. Tədbirdə çıxış edən Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev bildirib ki, yarış “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın müvafiq bəndlərinə əsasən həyata keçirilir, məqsəd yeniyetmələrin intellektual səviyyəsini, zehni inkişafını artırmaq, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdir.
40 komanda arasında keçirilən yarışın sonunda Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin komandası birinci, Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin komandası isə ikinci yeri qazanıblar
Sonda qalib komandalar Abşeron Rayon Gənclər və İdman İdarəsinin medal və diplom ilə təltif ediliblər.