Xəbər lentİ

Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş taekvando üzrə birincilik keçirilib

19:03, 12.01.19
Oxunub: 1 245
İDMAN
Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş taekvando üzrə birincilik keçirilib

Yanvarın 12-də Abşeron Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş taekvando üzrə açıq rayon birinciliyi keçirilib.

Rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən birincilikdə 30 komandanın tərkibində 600-dən çox idmançı mübarizə aparıb.

Yarışlara başlamazdan əvvəl 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.

Açılış mərasimində rayon icra hakimiyyətinin başçısının müavini Fuad Cəbrayılov çıxış edərək idmançılara uğurlar arzulayıb, Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan, Azərbaycanın idman uğurlarından danışıb.

20 Yanvarın xalqımızın azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi böyük əhəmiyyət daşıdığını qeyd edən rayon gənclər və idman idarəsinin rəisi Əsgər Əmirəliyev , şəhidlərin əziz xatirəsinin xalqımız tərəfindən daim böyük hörmət və ehtiramla yad edildiyini bildirib.

Digər çıxış edənlərdən ATF-in baş katibi Həmid Məmmədov, “Qarabağ qaziləri” amputant futbol federasiyasının rəhbəri Rövşən Akifoğlu, Ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov və BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bu yarışın iştirakçıları arasından gələcəkdə beynəlxalq arenalarda vətənimizi layiqincə təmsil edəcək idmançıların olduğuna inandıqlarını bildiriblər.

Çıxışlardan sonra Abşeron RİH başçısının müavini Fuad Cəbrayılov və bir qrup rəsmi şəxslər rayonda idmanın inkişafına və idmançılara göstərdiyi diqqət və qayğıya görə ATF-nin diplomu ilə təltif olunub.

Sonra yarışlara start verilib.

Məlumat üçün bildirək ki, İki gün davam edəcək Açıq rayon birinciliyində qaliblərə rayon gənclər və idman idarəsinin müvafiq dərəcəli diplom, kubok və medallar təqdim olunucaq.

Şamo Əliyev

Fikirlər

 Oxşar xəbərlər: