Xəbər lentİ

Abşeronda “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda dəyirmi masa keçirilib.

18:41, 15.02.19
Oxunub: 1 173
İDMAN / MARAQLI
Abşeronda “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda dəyirmi masa keçirilib.

Abşeron rayon icra hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı və İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) dəstəyi ilə Heydər Əliyev Mərkəzində, “Radikal ekstremizmin nəzəri və praktiki qiymətləndirilməsi” mövzusunda dəyirmi masa keçirilib.

Gənc aktivistlərin, tələbələrin, və könüllülər iştirak etdikləri toplantını giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev qeyd edib ki, dini radikalizm və ekstremizmə qarşı mübarizədə ən effektiv vasitələrdən biri vətənpərvərlik hissinin gücləndirilməsidir. Vətənpərvərlik hissləri yüksək olan şəxslər dini radikalizm və ekstremizmin təsirinə məruz qalmaz.

Ə.Əmirəliyev gəncləri radikal dini cərəyanların təsiri altına düşməkdən və dini radikalizmdən qorumağın, eyni zamanda, vətənpərvər ruhda tərbiyə olunmalarının vacibliyini qeyd edib. Bildirilib ki, radikalizmin və ekstremizmin təsirinə düşməyin başlıca səbəblərindən biri vətənpərvərlik hissinin zəif olmasıdır. Vətənpərvərlik hissi zəif olan insanlar cəmiyyətdə öz yerlərini tuta bilmirlər. Ona görə gənclər məlumatlandırılmalı, maarifləndirilməli, onlara vətənpərvərlik hissi aşılanmalıdır.

Daha sonra CESD təmsilçiləri Rəşad Həsənov və Əhməd Əlili “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda çıxış edərək Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib, radikalizmin yayılmasının və gənclərin radikal qrupların təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar.

Mövzu ilə əlaqədar qrup işi keçirildikdən sonra sonra iştirakçılara radikal ekstremizmin və terrorizmin insanlarda yaratdığı hisslər və onları doğuran səbəblər haqqında məlumat verilib.

Fikirlər

 Oxşar xəbərlər: