Gənc boksçular arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb. Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 35 komandanın qatıldığı yarışda 150-yə yaxın idmançı mükafatlar uğrunda mübarizə aparıb.
5 gün davam edən birincilikdə 10 çəki dərəcəsində çempion və medalçılar bəlli olub. Boks Mərkəzində təşkil edilən yarışda bu gün final görüşləri keçirilib və ölkənin ən güclülərinin adlarına aydınlıq gəlib.
Yarışın qalibi adını qazanan Abşeron idmançısı Maqsud Xasmətov (52 kq) bu dəfə də birinciliyin ən texnikalı boksçusu seçilib. Maqsud Xasmətovun Azərbaycan birinciliyində Final döyüşü.
52 kq. Maqsud Xasmətov (“Abşeron” BK) – Əli Zamanov (DİN İK, “Təhsil” RİM) – 5:0
Şamo Əliyev