Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Yaponiya səfirliyinin nümayəndəsi ilə görüş

Tarix:4-03-2019, 20:13

Yaponiya səfirliyinin nümayəndəsi ilə görüş

Bu gün Milli Paralimpiya Komitəsində (MPK) Yaponiyanın Azərbaycandakı səfirliyinin ikinci katibi, konsulluq və təhlükəsizlik şöbəsinin rəhbəri Daiji Aşizuka ilə görüş olub. Görüşdə MPK prezidenti İlqar Rəhimov, birinci vitse-prezident Natiq Qasımov, vitse-prezident və ikiqat paralimpiya çempionu İlham Zəkiyev, komitənin baş katibi Kamal Məmmədov iştirak ediblər.

MPK prezidenti İlqar Rəhimov qonağa komitə haqqında məlumat verib. O qeyd edib ki, 1996-cı ildə iki idmançı ilə başlanılan Azərbaycan Paralimpiya Hərəkatına bu gün minlərlə idmançı qoşulub. İdmançılarımız bu günə qədər 6 paralimpiya oyunlarında iştirak edib, onlarla medal qazanıblar.
Komitə sədri bildirib ki, bu gün 14 idman növü üzrə paraolimpiyaçılarımız beynəlxalq yarışlara qatılırlar. Bu il Azərbaycan üçün ənənəvi olmayan qış idman növü üzrə də idmançılarımız beynəlxalq yarışa qatılaraq medallar qazanıblar.

İlqar Rəhimov qeyd edib ki, Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Yaponiyanın ölkəmizdəki səfirliyi arasında əməkdaşlıq ölkəmizdə "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarının ölkəmizdə təbliği baxımından da önəm kəsb edir.

Yaponiyanın Azərbaycandakı səfirliyinin ikinci katibi, konsulluq və təhlükəsizlik şöbəsinin rəhbəri Daiji Aşizuka növbəti yay paralimpiya oyunlarının Yaponiyada keçiriləcəyini qeyd edərək, öz növbəsində Azərbaycan Paralimpiya Komitəsi ilə əməkdaşlığa maraqlı olduqlarını bildirib. Əməkdaşlığı daha da inkişafetdirmək üçün bu cür görüşlərin mütəmadi xarakter almasının vacibliyini vurğulayıb.

Türkiyə-Azərbaycan qardaşlığı əbədi və sarsılmazdır

Şəhid övladları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim ediblər

Qarabağda xunta rejimi cəmi 24 saata tərksilah edildi

Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb

Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın legitim hüququdur

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni imkanları...

Abşeron rayonunda 2022-ci il sentyabr şəhidlərinin xatirəsi anılıb

İlham Əliyev Xırdalanda 11 nömrəli məktəbin yeni binası ilə tanış olub - Video

Övladlığa uşaq götürmək üçün nə etməli?
Övladlığa uşaq götürmək üçün nə etməli?
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası, səmərəli dövlətçilik konsepsiyası Azərbaycanı güclü bir dövlətə çevirmişdir

Ulu öndər Heydər Əliyevin humanizm ideyaları layiqincə davam etdirilir

Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir

Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu

Demokratik inkişafın Heydər Əliyev modeli

Azərbaycan və Özbəkistan arasında hərtərəfli əməkdaşlıq inkişaf edir

Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub

I Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edilib

Ermənistanın növbəti şantaj kampaniyası da uğursuzluğa düçar oldu

Abşeron rayon İcra Hakimiyətində təcrübə keçən könüllülərlə görüş keçirilib.