01-10 May tarixlərində Abşeron rayon Gənclər və İdam İdarəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş silsilə idman yarışları keçirilib.
“Ölkəmizdə idmanın inkişafına Heydər Əliyev tərəfindən daim xüsusi diqqət və qayğı göstərildiyi nəzərə alınaraq, hər il Ulu Öndərimizin anadan olmasının ildönümü münasibətilə ənənəvi olaraq Abşeron rayon Gənclər və İdam İdarəsinin təşkilatçılığı ilə idman turnirləri təşkil olunur. Cari ildə də bu ənənə davam etdirilib, rayonda fəaliyyət göstərən idman klublarıarasında ağır atletika, Yunan-roma güləşi, sərbəst güləş idman növləri üzrə rayon birinciliyi təşkil olunub və bu yarışlar artıq yekunlaşıb. Bu tədbirlər idmanın kütləviliyinin artırılması, gənclər arasında sağlam həyat tərzinin təbliği yönündə aparılan fəal dövlət siyasətinə dəstək məqsədi daşıyır. Bu gün Abşeron rayonunda da idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. Abşeronda müasir idman infrastrukturunun, idmanın müxtəlif növləri üzrə federasiyaların yaradılması gənclərin idmana kütləvi şəkildə cəlb olunmasına geniş imkanlar açır ”, deyə Abşeron rayon Gənclər və İdam İdarəsinin rəisi Əsgər Əmirəliyev vurğulayıb.
Keçirilən yarışların qalibləri Abşeron rayon Gənclər və İdam İdarəsinin Fəxri Fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.