Xəbər lentİ

Abşeronda tayboks üzrə respublika turniri keçiriləcək

13:57, 19.10.19
Oxunub: 858
İDMAN
Abşeronda tayboks üzrə respublika turniri keçiriləcək


Oktyabrın 19-20-də Abşeron Olimpiya İdman Kompleksində Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş uşaqlar, yeniyetmələr və gənclər arasında tayboks üzrə respublika turniri keçiriləcək.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Muay-tay Federasiyasının birgə təşəbbüsü ilə təşkil olunacaq yarışa 25 klubdan 200-ə yaxın idmançı qatılacaq.

Qaliblər federasiya və nazirlik tərəfindən diplom və medallarla təltif olunacaqlar.

Fikirlər

 Oxşar xəbərlər: