Gənclər və idman naziri Azad Rəhimov fevralın 14-də Xırdalan şəhər Heydər Əliyev Mərkəzində 20-ə yaxın vətəndaşı qəbul edib.
Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və nazir Azad Rəhimov Xırdalan şəhərinin mərkəzindəki Heydər parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Nazirə edilən müraciətlər sırasında “Gənclər evi”nin tikintisi, idman qurğularının avandanlıqla təmin olunması, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi, eyni zamanda, işlə təminat olub.
Müraciətlərin bir qismi yerindəcə həll edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə qeydə alınıb və aidiyyətı üzrə göndəriləcək. Digər müraciətlər isə baxılması üçün icraya yönəldilib.