50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə VI çağırış millət vəkili Şahin Seyidzadənin təşəbbüsü və Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 5-13 yaş arası şəhid övladları Azərbaycan Premyer Liqası çərçivəsində baş tutmuş Sabah-Neftçi futbol oyununda iştirak etdilər.
İlk öncə futbolçular ilə birlikdə "Mənim Atam Qəhrəmandır" yazılı forma ilə stadiona daxil olan şəhid övladları 1 dəqiqəlik sükutla şəhidlərimizi yad etdilər. Daha sonra Azərbaycan Himni səsləndi.
Oyunu tribunalardan izləyən şəhid övladlarına hədiyyələr təqdim olundu.
Allah bütün şəhidlərimizə rəhmət etsin.