Noyabrın 25-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Puta”qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Abşeron rayonun Xırdalan şəhərinin bir hissəsində, eləcə də Qobu, Hökməli, Güzdək, Aşağı Güzdək kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.