F.A.Kərimovun Başçının müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə keçirilməsi haqqında
Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq
Qərara alıram:
1.RİH Başçısının Qobu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kərimov Faiq Alməmməd oğlu 3 Dekabr 2013-cü il tarixdən RİH Başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilsin.
2.RİH Başçısının Qobu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin vəzifəsinin icrası vəzifə maaşı ödənilmək şərti ilə 3 Dekabr 2013-cü il tarixdən müvəqqəti olaraq nümayəndənin müavini Ağarzayev Çingiz Kərimbala oğluna həvalə edilsin.
RİH Başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş Kərimov Faiq Alməmməd oğlu 17 İyul 1954-cü ildə Zəngilan rayonunun Zəngilan şəhərində anadan olmuşdur.
1961-ci ildə Zəngilan şəhər orta məktəbinin birinci sinifinə daxil olmuş , 1971-ci ildə həmin orta məktəbin məzunu olmuşdur.Orat məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedoqoji İnstitutunun tarix fakultəsinə daxil olmuş, 1975-ci ildə bitirmişdir.
1976-cı ildə Zəngilan şəhərinin Mincivan qəsəbə orta məktəbinə tarix müəllimi təyin edilmişdir.Eyni ildə Həqiqi hərbi xidmətə çağırılmış, 1977-ci ildə isə təxris olunaraq Mincivan qəsəbə orta məktəbində tarix müəllimi vəzifəsinə qayıtmışdır.
1978-ci ildə könüllü olaraq öz iş yerini rayonun Şayıflı kənd orta məktəbinə dəyişmişdir.
1981-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əmri ilə Zəngilan rayonu DİŞ-nə zabit vəzifəsinə təyin olunmuşdur.
1986-cı ildən Qubadlı rayon DİŞ-nə rəis müavini, 1993-cü ildə isə Qubadlı rayon Polis şöbəsinə rəis təyin olunmuşdur.2010-cu ilə kimi bu vəzifədə çalışmışdır.
2011-ci ildə Sumqayıt şəhər məhkəməsində hakim köməkçisi işləyib.2012-ci ildən isə Abşeron rayonu , Qobu qəsəbə inzibati ərazi dairəsi üzrə RİH başçısının nümayəndəsi təyin edilmişdir.
Faiq Kərimovu təbrik edir , ona işlərində uğurlar diləyirik.