Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Bakıda poçt göndərişləri üzərində gömrük nəzarəti mövzusunda seminar keçirilir.

Tarix:12-04-2018, 18:48

Bakıda poçt göndərişləri üzərində gömrük nəzarəti mövzusunda seminar keçirilir.


Aprelin 12-də Bakıda Avropa İttifaqının Texniki Yardım və İnformasiya Mübadiləsi Proqramı (TAIEX) çərçivəsində “Ümumdünya Poçt İttifaqı aktları ilə müşayiət olunan beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər tərəfindən daşınan sürətli poçt göndərişləri üzərində gömrük nəzarəti” mövzusunda seminar öz işinə başlayıb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən bildirilib ki, DGK əməkdaşları ilə yanaşı, “Azərpoçt” MMC-nin və ölkəmizdə fəaliyyət göstərən daşıyıcı şirkətlərin nümayəndələrinin də iştirak etdiyi seminarın məqsədi Ümumdünya Poçt İttifaqının aktları ilə müşayiət olunan beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər tərəfindən daşınan sürətli poçt göndərişləri üzərində gömrük nəzarətinə dair mövcud olan beynəlxalq və Avropa İttifaqının sənədləri, eləcə də praktiki məsələlər üzrə iştirakçıları məlumatlandırmaqdır.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev ilk olaraq aprelin 11-də ölkəmizdə keçirilən prezident seçkilərində Prezident İlham Əliyevin qələbə qazanması münasibətilə hər kəsi təbrik edərək xalqımızın yenidən sabitliyə, davamlı iqtisadi inkişafa və firavan gələcəyə səs verdiyini bildirib.

Uzun illərdir Azərbaycanla Aİ arasında müxtəlif qurumlar və təşkilatlar, eyni zamanda, dövlət səviyyəsində səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirən komitə sədri ölkəmizin gömrük orqanlarının da bu əməkdaşlıqda fəal iştirak etdiyini diqqətə çatdırıb. Azərbaycanda dünya standartlarına cavab verən ilk qanunvericilik aktının Gömrük Məcəlləsi olduğunu vurğulayan Aydın Əliyev, həmin məcəllənin Aİ-nin dəstəyi ilə dünyada tanınmış gömrük mütəxəssisləri tərəfindən hazırlandığını bildirib.

Aydın Əliyev son illərdə əməkdaşlıq münasibətlərinin daha da gücləndiyini, 2015-2017-ci illərdə Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS), “Sərbəst zonalar”, “Dəmir yolu sərhəd-keçid məntəqələrində gömrük nəzarəti”, “Səlahiyyətli İqtisadi Operatorlar” və digər sahələrdə TAIEX proqramı çərçivəsində DGK əməkdaşları üçün təlimlər keçirildiyini qeyd edib. Seminarın mövzusunun Azərbaycan gömrüyü üçün aktual məsələlərdən biri olduğunu vurğulayan komitə sədri tədbir çərçivəsində əldə edilən bilik və bacarıqların poçt daşımaları sahəsində gömrük nəzarətinin daha da səmərəli qurulmasına şərait yaradacağına əminliyini ifadə edib.

Aİ-nin eksperti, Rumıniya gömrük xidmətinin nümayəndəsi xanım Loredana Lovu ölkəmizin sürətlə inkişaf etdiyini, xüsusilə, paytaxt Bakının gözəlliyinin onda müsbət təəssürat yaratdığını bildirdi və aprelin 11-də keçirilən prezident seçkilərində Azərbaycan xalqının məhz bu inkişafa səs verdiyinə əminliyini ifadə etdi və Prezident İlham Əliyevin qələbəsi münasibətilə təbriklərini çatdırıb.

Avropalı ekspert daha sonra seminarda müzakirə ediləcək mövzular barədə iştirakçılara məlumat verib.

Qeyd edək ki, seminar iki gün davam edəcək və Aİ-nin ekspertləri Loredana Lovu, Yolanta Diktaniene, Guntars Kokins, Dieter Staudacher və Davide Tanzarella iştirakçılara Ümumdünya Poçt İttifaqı (ÜPİ) və Aİ qanunvericiliyi, Dəyişdirilmiş redaksiyada Kioto Konvensiyası, Gömrük nəzarəti və rəsmiləşdirilmə prosesi, Kommersiya məqsədli yüklər üzərində gömrük nəzarəti, Risklərin idarə edilməsi, Poçtla göndərilən dərman preparatları və əqli mülkiyyət hüquqları üzərində gömrük nəzarəti, Gömrük və poçt arasında ilkin elektron məlumat mübadiləsi, ÜPİ və Aİ-nin gömrük üzrə elektron ticarət proqramları və digər mövzularda məlumat verəcəklər.

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib