Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Pambıqçılığın inkişafı çoxsaylı iş yerlərinin açılmasına imkan verir.

Tarix:15-04-2018, 14:11

Pambıqçılığın inkişafı çoxsaylı iş yerlərinin açılmasına imkan verir.


Pambıqçılığın Azərbaycan iqtisadiyyatının inkişafına hərtərəfli təkan verdiyi danılmazdır. Bu sahənin genişləndirilməsi ilə qeyri-neft sektorunun əsas qolu olan kənd təsərrüfatı inkişaf edir.

Ölkənin ixrac potensialı artır. Çünki pambıq ölkəyə gəlir gətirən əsas məhsullardan biridir. Pambıqçılıq inkişaf etdikcə qeyri-neft sənayesinin şaxələndirilməsinə də imkan yaranır, yeni emal müəssisələri açılır. Beləliklə, təkcə pambıqçılıq rayonlarında deyil, ölkənin digər şəhər və bölgələrində də yeni iş yerləri yaranır.

Pambıqçılıq iqtisadiyyatın əməktutumlu sahələrindən biridir. Bu sahənin inkişafı ilə artıq çoxsaylı yeni iş yerləri açılıb. Bütövlükdə son illərdə pambıqçılıqla məşğul olan insanların sayı 200 min nəfərə yaxındır.

Dövlətin pambıqçılığı inkişaf etdirərək ön plana çəkdiyi məsələlərdən biri də məhz sosial amildir, bölgələrdə yaşayan əhalinin işlə təminatı, güzəranının yaxşılaşdırılmasıdır.

Kənd təsərrüfatının, o cümlədən pambıqçılığın inkişafı ilə kəndə yeni nəfəs, yeni əhvali-ruhiyyə gəlib. Əvvəllər iş dalınca şəhərə üz tutan kənd sakinlərinin çoxu öz ev-eşiyinə dönüb. Onlar həvəslə torpağı əkib-becərir, ailələrini dolandırırlar. İnsanlar gəlir əldə etdikcə torpağa daha çox bağlanırlar.

Saatlı rayonunun Mircəlal kənd sakini Nizami Məmmədov deyir ki, onun başçılıq etdiyi fermer təsərrüfatının gəliri ilə 14 ailə öz dolanışığını təmin edir. Əllə məhsul yığımından gündəlik qazanc 60 manatdan çox olur. Keçən mövsümdə məhsul satışından ümumi gəlir 84 min 250 manata, xalis gəlir 51 min manata çatıb. Bunun 16 min 850 manatını dövlət dəstəyi olan subsidiya təşkil edib.

Biləsuvar rayonunun Aşağı Cürəli kəndinin sakini, fermer Fazil Musayev isə ötən mövsümdə ailə üzvləri ilə birlikdə 16 hektar sahədən 80 ton pambıq toplayıb. Birinci dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Fermerlərdən Fatma Hüseynova və Tofiq İsmayılov da birinci dərəcəli “Əmək” ordeninə layiq görülüblər.

Pambıqçılığın inkişafı sayəsində keçən il Bərdə rayonunun 8 mindən çox sakini işlə təmin olunub.

İstehsal edilmiş məhsula görə fermerlərə 11,2 milyon manat vəsait ödənilib. İstehsalçılara əlavə olaraq son məhsula görə 2,3 milyon manat subsidiya veriləcək.

Tərtər rayonunda ötən il pambığın əkini, becərilməsi və yığımı işlərinə 5 min nəfərədək insan cəlb olunub. Fermer Habil İbrahimov 118 ton məhsul istehsal edərək 67 min manat, Qasım Sadıqov 104 ton məhsul toplayaraq 50 min manat, Mürsəl Babışov 91 ton məhsul tədarük edərək 45 min manat, Fazil Vəliyev 57 ton məhsula görə 28 min manat gəlir əldə ediblər. Tərtərli fermerlər 800 min manat subsidiya alacaqlar.

Beləliklə, Azərbaycanda pambıqçılıq sahəsi ardıcıl inkişaf yolundadır və burada getdikcə daha önəmli addımlar atılır.

Ölkədə pambıqçılığın inkişafını təmin etmək məqsədilə 2017-ci il mövsümündə “Azərpambıq” Məhdud Məsuliyyətli Cəmiyyəti respublikanın 14 rayonunda 2523 fermerlə bağlanmış müqavilələr üzrə 28,6 hektarda pambıq əkilmişdi.

Bu il “MKT İstehsalat Kommersiya” MMC 8700 fermerlə 40 min 500 hektar sahədə əkin üçün müqavilə bağlayıb və bu proses davam edir.

Bütün bunlar ildən-ilə daha çox kənd sakininin öz məşğulluq problemini həll etməsi deməkdir. Lakin bu sahədə işlə təmin olunan təkcə tarla əməkçiləri deyil.

Pambığın çoxpilləli emalı üçün yaradılan müəssisələrdə də yüzlərlə insan iş yeri əldə edir. Məsələn, Mingəçevir Yüngül Sənaye Parkında iki yeni müəssisə fəaliyyətə başlayıb. Burada ildə 20 min ton iplik istehsal olunur və yüzlərlə əməkçi çalışır.

“Azərpambıq” MMC “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tərkibində olan toxuculuq müəssisələri ilə tərəfdaşlıq əsasında işləyəcək. Bu istiqamətdə Sumqayıtdakı “ASK Tekstil” və “Şəki İpək” müəssisələri ilə birgə işə başlanıb. Emaldan alınan mahlıc bu müəssisələrə veriləcək. Orada mahlıcdan iplik istehsal ediləcək. Bu da öz növbəsində həmin müəssisələrdə yeni iş yerlərinin açılmasına səbəb olacaq.

Göründüyü kimi, pambıqçılığın əhalinin işlə təmin olunmasına böyük dəstəyi var. Bu il də ən azı keçən ildəki sayda insan işlərə cəlb olunacaq. Rayonlarda əmək resurslarını müəyyənləşdirmək üçün icra orqanları qüvvələrini səfərbər edəcəklər. Üstəlik, pambıqçıların lazımi səviyyədə hər cür şəraitlə - tarla düşərgələri, içməli su, nəqliyyatla təmin olunması və s. qarşıya vacib məsələ kimi qoyulur.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...
Laçınlılar doğma yurd yerlərinə qayıdırlar
Laçınlılar doğma yurd yerlərinə qayıdırlar
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib
Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır
Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır
” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK
” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK
ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib
Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib
YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər
YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər
İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək
İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək
Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür
Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür
Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir
Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir
Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur
Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur
Heydər Əliyevin 100 illik yubileyi Abşeronda qeyd edilib
Heydər Əliyevin 100 illik yubileyi Abşeronda qeyd edilib