Yanvar-mart aylarında Azərbaycanın ictimai iaşə dövriyyəsi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,8 faiz artaraq 302,5 milyon manat olub.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 40,1 faizi hüquqi şəxs statuslu müəssisələrin, 59,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artaraq 119,6 milyon manata çatıb.