Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycanla İsveçrə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə iclas keçiriləcək

Tarix:26-09-2018, 20:45

Azərbaycanla İsveçrə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə iclas keçiriləcək


İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevlə görüşüb.

"Report" bu barədə ASK-ya istinadən xəbər verir.

"Azərbaycanın Berndəki səfirliyi iki ölkə arasında ticari əlaqələrin genişləndirilməsi istiqamətində fəal iş aparır. Onların dəstəyi ilə bu il Azərbaycanın fındıq istehsalçıları İsveçrəyə səfər ediblər. İstərdik ki, isvəçrəli iş adamları da Bakıya səfər etsinlər. Bu ilin iyun ayında İsveçrənin yüksək rütbəli şəxslərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər ediblər və iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşüblər. Gələn ilin yanvar ayının sonunda İsveçrədə keçiriləcək Dünya İqtisadi Forumdan əvvəl və ya sonra Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasının keçirilməsi nəzərdə tutulur. Bu iclasda hər iki ölkənin rəsmiləri, həmçinin İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) rəhbərinin iştirakı gözlənilir və yəqin ki siz də bu icilasda iştirak edəcəksiniz,"- səfir bildirib.

ASK-nın fəaliyyəti haqqında geniş məlumat verən M.Musayev isə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu söyləyib.

"Bildiyiniz kimi, son illər dövlət başçımızın rəhbərliyi altında ölkədə əsaslı iqtisadi islahatlar aparılır və Azərbaycanda investisiya yatırmaq üçün çox gözəl imkanlar var. İsveçrəli sahibkarları bu imkandan istifadə edə bilərlər. İsveçrəli məhsullar xüsusən saatları, süd məhsulları, şokoladları, dərmanları hər zaman öz keyfiyyəti ilə seçildiyi üçün bizdə çox məşhurdur. İsveçrəli şirkətləri Azərbaycana gəlməklə həm də böyük bir bazara çıxmaq imkanı əldə etmiş olurlar. Bu tək yerli bazar deyil, şirkətləriniz məhsullarını eyni zamanda Rusiya, Qazaxıstan, Özbəkistan və başqa ölkələrə ixrac etmək üçün Azərbaycanın yerləşdiyi coğrafi şəraitindən və logistika imkanlarından yaralana bilərlər. Əlbətdə, biz gələn ilin yanvarında azərbaycanlı iş adamlarından ibarət nümayəndə heyəti ilə qeyd etdiyiniz iclasda iştirak edəcəyik." - M.Musayev qeyd edib.

Səfir hazırda Azərbaycanda İsveçrənin "Holcim", "Novartis Pharma Services AG", "Roche" və digər şirkətlərin fəaliyyət göstərdiyini, iki ölkə arasında iqtisadi əməkdalığın gücləndirilməsi nəticəsində gələcəkdə bu şirkətlərin sayının artacağına ümid etdiyini bildirib.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib