Xəbər lentİ

Azərbaycanın ixrac missiyasının Qazaxıstana səfəri başa çatıb

13:00, 06.10.18
Oxunub: 877
İQTİSADİYYAT
Azərbaycanın ixrac missiyasının Qazaxıstana səfəri başa çatıb


Azərbaycanın ixrac missiyasının Qazaxıstana səfəri Çimkənt şəhərində başa çatıb. Missiyada Qazaxıstan və Azərbaycandan olan 29 şirkət iştirak edi. Azərbaycanın Qazaxıstandakı səfirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Çimkəntdə aparıcı şirkətlərin nümayəndələri ilə görüş keçirilib.

Azərbaycanın Qazaxıstandakı səfirliyinin nümayəndəsi Ramil Rzayev ixrac missiyasının bu ölkədə uğurlu iş apardığını qeyd edərək vurğulayıb ki, “Made in Azerbaijan” brendinə burada böyük maraq yaranıb.

Qazaxıstan Sahibkarlar Palatasının şöbə müdiri Oljas Janseitov qeyd edib ki, qarşılıqlı əməkdaşlıq nəticəsində hər iki tərəf qarşıya qoyulan məqsədlərə çatacaq, müxtəlif brendlərin tanınması üçün real zəmin yaranacaq.

Qazaxıstan tərəfindən 10-dan çox şirkətin, müəssisə və təşkilatların, eləcə də aqrolizinq xidməti ilə məşğul olan kompaniyaların iştirak etdiyi tədbirdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ölkəmizin ixrac potensialı və bu sahədə həyata keçirilən islahatlar, ixracın stimullaşdırılması tədbirləri, rəqabətqabiliyyətli və keyfiyyətli yerli məhsullarımız barədə məlumat verilib.

Tədbir çərçivəsində distribüter şirkətlərlə keçirilmiş ikitərəfli görüşlərdə Çimkənt və ətraf bölgələrdən olan iş adamları ilə Qazaxıstana “Made in Azerbaijan” brendi altında məhsul ixracı imkanları müzakirə edilib.

Görüşlərdə Azərbaycan və Qazaxıstandan olan sahibkarlar əsas istiqamətlər üzrə konkret müzakirələr aparıblar. İxrac missiyasının Çimkəntdəki görüşlərində qida məhsullarının, inşaat və tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin təmsilçiləri iştirak ediblər. Qazaxıstanlı iş adamları bu ölkəyə daha çox hansı məhsulların ixrac imkanları barədə maraqlanıblar. Onlar rəqabətqabiliyyətli və keyfiyyətli yerli məhsullarımız barədə geniş məlumatlandırılıb.

Qeyd edək ki, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin, eləcə də Azərbaycanın Qazaxıstandakı səfirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Almatı və Çimkənt şəhərlərinə təşkil olunan ixrac missiyası başa çatıb.

Fikirlər

 Oxşar xəbərlər: