Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Energetika naziri Qazaxıstanda bir sıra görüşlər keçirib

Tarix:31-10-2018, 20:00

Energetika naziri Qazaxıstanda bir sıra görüşlər keçirib


Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası çərçivəsində Astanada səfərdə olan energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib. Nazilikdən SİA-ya verilən xəbərə görə, Pərviz Şahbazovu Qazaxıstanın investisiya və inkişaf naziri Jenis Kasımbek qəbul edib. Görüşdə iki ölkə arasında mədəni-tarixi əlaqələrin enerji-nəqliyyat layihələri ilə möhkəmlənərək inkişaf etdiyi, bütün sahələr üzrə yüksək əməkdaşlıq münasibətlərinin mövcudluğu qeyd edilib. Energetika naziri hər iki ölkə prezidentlərinin mütəmadi görüşlərinin ölkələr arasında əməkdaşlığa böyük töhfə verdiyini söyləyib. Cari ilin 9 ayı ərzində ticarət dövriyyəsi və idxal-ixrac əməliyyatlarında artımın olmasını qarşıya qoyulmuş vəzifələrin icrasının göstəricisi kimi qiymətləndirib. Əməkdaşlıq üçün perspektiv istiqamətlərdən bəhs edib. Nazir İpək Yolu üzərində yerləşən ölkələr kimi Azərbaycan və Qazaxıstanın nəqlliyyat sahəsində yeni layihələr həyata keçirmək, kənd təsərrüfatı, turizm, hava nəqliyyat, müdafiə sənayesi və gəmiqayırma sahələrində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Qazaxıstanın investisiya və inkişaf naziri Jenis Kasımbek bütün sahələr üzrə əməkdaşlıq potensialından istifadəyə hazır olduqlarını, Bakı-Tbilsi-Qars dəmir yolu vasitəsilə böyük həcmlərdə yükdaşımalarına və kənd təsərrüfatı, xüsusilə tərəvəz məhsullarının idxalına maraq göstərdiklərini bildirib.

Görüşdə Qazaxıstanda turizm və ticarət evlərinin açılması məsələsi də müzakirə edilib.

Qazaxıstanın Milli İqtisadiyyat naziri Timur Süleymanov ilə görüşdə isə ikitərəfli əməkdaşlıq məsələləri və 2018-2020-ci illəri əhatə edən Strateji yol xəritəsi üzrə ötən dövr ərzində görülən işlər müzakirə edilib. Qazaxıstanın infrastruktur layihələrində Azərbaycan şirkətlərinin iştirakı, energetika və kənd təsərrüfatı sahəsində işçi qrupları səviyyəsində baxılan məsələlərin reallaşdırılmasının vacibliyi qeyd olunub. Gələn il bir sıra ikitərəfli iqtisadi tədbirlərin həyata keçirilməsi barədə razılıq əldə olunub.

Energetika naziri Qazaxıstanda bir sıra görüşlər keçirib

Energetika naziri Qazaxıstanda bir sıra görüşlər keçirib

Energetika naziri Qazaxıstanda bir sıra görüşlər keçirib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir