Aprelin 26-da Bakıda Koreya-Azərbaycan ikitərəfli əməkdaşlıq forumu keçiriləcək.
Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) təşkilatçılığı keçiriləcək tədbirdə ölkənin hidrogen tərkibli maska və kosmetik vasitələr, müxtəlif növ sous və ədviyyatlar, avtomobillər üçün pompalar, müxtəlif növ yapışqan lentlər (skoçlar), toxuculuq liflərinin hazırlanması üçün maşınlar, kənd təsərrüfatı texnikasının ehtiyat hissələri, poliester (neylon) parçalar sektoru üzrə ixtisaslaşmış 7 şirkəti iştirak edəcək.