Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycanda Amerika Ticarət Palatasının təklif və tövsiyələri müzakirə edilib

Tarix:26-04-2019, 20:36

Azərbaycanda Amerika Ticarət Palatasının təklif və tövsiyələri müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) nümayəndələri ilə keçirilən görüşdə nazir Sahil Babayev respubikamızda biznes və investisiya mühitinin yaxşılaşdırılması və şəffaflaşdırılması istiqamətində mühüm addımların atıldığını, nəticədə özəl sektorun ölkə iqtisadiyyatında çəkisinin əhəmiyyətli şəkildə artdığını qeyd edib.

Nazir, əmək qanunvericiliyinin təkmilləşdirilməsi və əmək bazarına, işçilərin hüquqlarının təminatına müasir texnologiyaların tətbiqi əsasında operativ və effektli nəzarət sisteminin yaradılması istiqamətində görülən işləri diqqətə çatdırıb. O, yeni qurulan “Məşğulluq” altsisteminin məşğulluq xidmətlərinin keyfiyyətinin və çevikliyinin artırılması, işsiz və işaxtaranlara əlçatanlığının təmin olunmasına imkan verdiyini deyib. Bildirib ki, bu altsistem, “AmCham Azərbaycan”da təmsil olunan şirkətlərin müvafiq peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatlarının ödənilməsinin təkmilləşməsinə şərait yaradır.

Nazirliyin “AmCham Azərbaycan”la fəal əməkdaşlığını diqqətə çatdıran S.Babayev qeyd edib ki, Palatanın biznes mühiti ilə bağlı müşahidə və tövsiyələrdən ibarət “Ağ sənəd” layihəsində əmək və məşğulluq, sosial sığorta məsələləri ilə bağlı təklif və tövsiyələr də yer alır. Palatanın nümayəndələri ilə mütəmadi təşkil edilən belə görüşlərdə həmin təklif və tövsiyələrin öyrənilməsi əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində aparılan işlərdə önəmlidir.

“AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimov əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində aparılan islahatları maraqla izlədiklərini deyib. O, əmək və məşğulluq, sosial sığorta sahələrində həyata keçirilən islahat tədbirlərinin də əmək bazarı iştirakçılarının qanuni mənafelərinin daha dolğun təminatı baxımından əhəmiyyətini qeyd edib.

Görüş zamanı aparılan islahatlar, əmək bazarının tənzimlənməsi istiqamətində görülən işlər, Palatanın təhsil və əmək məzuniyyətləri, sosial sığorta ödənişlərinin optimallaşdırılması ilə bağlı təklif və tövsiyələri müzakirə olunub.

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir