Xəbər lentİ

Bakı şəhərində və Abşeron rayonunda 10 məktəb üçün 2 milyon ayrılır

13:02, 15.05.20
Oxunub: 4 988
İQTİSADİYYAT / TƏHSİL
Bakı şəhərində və Abşeron rayonunda  10 məktəb üçün 2 milyon ayrılır


Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Bakı şəhərində və Abşeron rayonunda 7 yeni məktəbin tikintisi, eləcə də 3 məktəbin əsaslı təmirinə və onlar üçün yeni korpusların inşası üzrə layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı elan etdiyi 10 açıq tenderə yekun vurub.

Absheronxeber.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlerin qalibləri "Sosial-İnkişaf Layihə" (5 tender), "HH Architects" (2 tender), "Feniks-AA" (1 tender) MMC-lər, "Azərdövlətsənayəlayihə" (1 tender) və "Azkommunallayihə" (1 tender) institutları olub.

Qalib şirkətlərə ümumilikdə 1 918 270 manat ödəniləcək.

Fikirlər

 Oxşar xəbərlər: