Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan növbəti dəfə ölkəsində yaşanan son hadisələr haqda danışıb.
Bununla bağlı jurnalistlərin suallarını cavablandıran Ərdoğan, Amerika Birləşmiş Ştatlarında sığınacaq tapan Fətullah Gülənin rəhbərlik etdiyi və Türkiyədə cəmaət adlandırılan dini cərəyanla hökumət arasında yaranmış mübarizəyə diqqət çəkib. Baş nazir bildirib ki, Türkiyə hökumətini heç bir kənar qüvvə idarə edə bilməz, hələ bu qüvvə xaricdən dəstək alarsa.
Onun sözlərinə görə, Fətullah Gülənin Türkiyə prezidenti Abdullah Gülə ünvanldığı barış məktubunun bütöv mətni internetə yerləşdirilib. İstənilən şəxs onu oxuya və hadisələrdən agah ola bilər. Ərdoğan qeyd edib ki, Ankara bundan sonra heç kimə güzəştə getməyəcək. Hökumət heç bir cəmaət və ya dini təşkilatla sövdələşməyə getməyəcək.