Bədbəxt hadisə nəticəsində ölən ana və uşağının kimliyi məlum olub. Nizami Rayon Polis İdarəsi 24-cü polis bölməsindən Anspress-ə verilən məlumata görə, dünyasını dəyişən 1968-ci il təvəllüdlü Nərgiz Əziz qızı Hacıyeva və onun övladı 2009-cu il təvəllüdlü Elman Nail oğlu Hacıyevdir.
Ötən gün səhər saatlarında Bakının Nizami rayonu ərazisində bədbəxt hadisə baş verib.
Nizami Rayon Polis İdarəsi 24-cü polis bölməsindən Anspress-ə verilən məlumata görə, Babək prospekti 103 ünvanında ana körpə oğlu ilə gedərkən ağac onların başına aşıb. Nəticədə hər iki şəxs dünyasını dəyişib.
Xəzərxəbərin verdiyi məlumata görə Hazırda xilasedicilər hadisə yerindədirlər. Onların meyitinin çıxarılması işləri davam edir.