Xırdalan şəhər 26 saylı körpələr evi-uşaq bağçasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Xüsusi tərtibatla bayramsayağı bəzədilmiş musiqi zalında keçirilən tədbirdə bağçanın müdiri Nigar Səfərova balacaları təbrik edib, ölkəmizdə uşaqların daim dövlət qayğısı ilə əhatə olunduqlarını diqqətə çatdırıb.
Daha sonra bağçanın fidanlarının ifa etdikləri mahnılar, nümayiş etdirdikləri rəqslər və səhnəciklər, eləcə də Şaxta baba və Qar qızın, hədiyyələr paylaması, nağıl personajlarının məzəli hərəkətləri kiçik yaşlı tamaşaçıların alqışları ilə qarşılanıb.Uşaqlar yolka ətrafında dövrə vuraraq, mahnı və şeirlər ifa ediblər.