İyulun 17-də yay düşərgəsinin ikinci gününün videoseminarı keçirilib. Abşeron rayonundan YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin sədri Elnur Mirzəyev və Gənclər Birliyi şura üzvü Aynur Həsənova iştirak etmişdir. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin, o cümlədən son günlərdə Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan hərbçlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov açaraq, yay düşərgəsinin iştirakçılarını salamlayaraq düşərgənin ikinci gününün proqramı haqda məlumat verib.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı gənclər üçün yay düşərgəsinin keçirilməsini yüksək qiymətləndirib. Sonra Mübariz Qurbanlı gənclərə “Heydər Əliyevin uğurlu xarici siyasət kursu” mövzusunda seminar keçib. O, Ümummili Lider Heydər Əliyevin əsasını qoyduğu Azərbaycançılıq ideologiyası, Ulu öndərin müəyyənləşdirdiyi daxili və xarici siyasət kursundan, uzaqgörən dövlətçilik strategiyasından, Azərbaycanın müstəqilliyi naminə qətiyyətli addımlarından ətraflı bəhs edib.
Eyni zamanda qeyd olunub ki, bu gün Azərbaycanın beynəlxalq arenada nüfuzlu dövlət olmasının əsasında məhz Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs dayanır və bu gün Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. M.Qurbanlı onu da bildirib ki, Azərbaycanın uğurlarını daxili və xarici qüvvələr hər zaman olub və indi də var. Lakin onlar heç bir zaman öz məqsədlərinə nail ola bilməyəcəklər.
Qeyd edək ki, yay düşərgəsi iyulun ayının 31-nə qədər davam edəcək.
Abşeron rayon Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Elnur Mirzəyev