Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda iyulun 20-dən etibarən şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələri üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir.
Xatırladaq ki, COVID-19 infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 31 avqust saat 00:00-dək uzadılıb.